dcsimg

Ağ xardal ( Aser )

fornì da wikipedia AZ

Ağ xardal (lat. Sinapis alba)[1] - xardal cinsinə aid bitki növü.[2]

Əhəmiyyəti

Ağ xardal müxtəlif sahələrdə istifadə edilir. Ağ xardalın toxumlarının tərkibində 30-40% yüksək qidalı yarımquruyan (yod ədədi 92-122) yağ, 32% zülal, 0,1-1,1% efir yağı vardır. Ağ xardalın yağı qızılı-sarı rəngdə olmaqla yaxşı saxlanılır. Ağ xardal yağı ərzaq kimi, eyni zamanda marqarin istehsalında, çörəkbişirmə və qənnadı sənayesində istifadə edilir.[3]

Tərkibindəki efir yağının miqdarına görə göy xardaldan geri qalır. Ağ xardal yağı çörək-peçenye, qənnadı konserv və s. sənaye sahələrində istifadə edilir. Ağ xardal jmıxı xüsusi işləmədən sonra heyvandarlıqda zülallı yem kimi istifadə olunur.[3]

Bir çox rayonlarda ağ xardal yaşıl yem kimi istifadə edilir. Bu məqsədlə o qınları əmələ gələn dövrdə biçilir. Onu həm tək, həm də paxlalı bitkilərlə qarışıq səpirlər. Qısa vegetasiya müddətinə malik olduğu üçün ağ xardal kövşənlik və aralıq bitki kimi də istifadə oluna bilər. 100 kq yaşıl kütləsində 12 yem vahidi və 1,3 kq həzm olunan protein vardır. Rusiyanın şimal rayonlarında ağ xardaldan yaşıl gübrə kimi istifadə olunur. Ağ xardal həm də yaxşı bal verən bitkidir.[3]

Tarixi, yayılması və məhsuldarlığı

Ağ xardalın vətəni Aralıq dənizi ölkələri hesab olunur. Buradan o demək olar ki, Şimal yarım-kürəsinin bütün ölkələrinə Amerikaya, Yaponiyaya, Hindistana yayılmışdır. Hindistanda ağ xardal bağ bitkisi kimi becərilir. Ölkənin şimalında onun cavan yarpaqları qış fəslində tərəvəz kimi istifadə olunmaqla sənaye əhəmiyyəti daşımır. Qədim sanskrit dilində ağ xardal “isidici”, “cüzam aradan qaldırıcı” kimi tərcümə edilir.[3]

Rusiyada ağ xardalı ilk dəfə XVIII əsrdə Aşağı Volqaboyunda mədəniləşdirməyə başlamışlar. Lakin, o burada çox yayılmamışdır. O, xüsusi çəkisinə görə göy xardaldan az yer tutur. Ağ xardal Rusiyanın Qeyri-qaratorpaq bölgələrində əsasən yem məqsədilə becərilir. Qısa müddət ərzində hektardan 20-30 ton yaşıl kütlə əmələ gətirir ki, o da heyvandarlıqda yem kimi və ya yaşıl gübrə kimi istifadə olunur. Orta toxum məhsuldarlığı 1,2-1,5 t/ha, yaşıl kütlə məhsuldarlığı isə 20 ton/ha - ya yaxındır.[3]

3 növmüxtəlifliyi məlumdur[4]:

  • Sinapis alba subsp. alba
  • Sinapis alba subsp. dissecta
  • Sinapis alba subsp. mairei

Həmçinin bax

Xardal

Qara xardal

Sarpet xardalı

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 3,2 3,3 3,4 H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016 səh 51
  4. GRİN saytının məlumatına əsasən
licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ

Ağ xardal: Brief Summary ( Aser )

fornì da wikipedia AZ

Ağ xardal (lat. Sinapis alba) - xardal cinsinə aid bitki növü.

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ