dcsimg
Life » » Archaeplastida » » Angiosperms » » Rosaceae »

Malus spectabilis (Aiton) Borkh.

Qəşəng alma ( Aser )

fornì da wikipedia AZ

Malus spectabilis (lat. Malus spectabilis) - gülçiçəyikimilər fəsiləsinin alma ağacı cinsinə aid bitki növü.

Təbii yayılması

Gözəl dekorativ bitki kimi Yaponya və Çində çox qədimdən becərilir.

Botaniki təsviri

Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır. Meyvələri avqustda yetişir, şarşəkilli, qırmızı və ya sarıdır, diametri 2,5 sm-ə qədərdir. Meyvənin üzərində kasayarpaqlarının qalığı saxlanılır.

Ekologiyası

Qışa orta dərəcədə davamlıdır, sərt şaxtaları, yazda isə hava şəraitinin kəskin dəyişməsini pis keçirir.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

Meyvələrinə görə çox dekorativdir.

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ

Qəşəng alma: Brief Summary ( Aser )

fornì da wikipedia AZ

Malus spectabilis (lat. Malus spectabilis) - gülçiçəyikimilər fəsiləsinin alma ağacı cinsinə aid bitki növü.

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ

Vahaijdangz ( zhuang; chuang )

fornì da wikipedia emerging_languages
 src=
Vahaijdangz

Vahaijdangz dwg cungj va ndeu.

licensa
cc-by-sa-3.0
drit d'autor
Wikipedia authors and editors