dcsimg
Plancia ëd Scardinius erythrophthalmus (Linnaeus 1758)
Life » » Metazoa » » Vertebrata » » Actinopterygii » » Leuciscidae »

Scardinius erythrophthalmus (Linnaeus 1758)

Qızılüzgəc ( Aser )

fornì da wikipedia AZ

Qızılüzgəc (lat. Scardinius erythrophthalmus) — qızılüzgəclər cinsinə aid balıq növü. Az saylı, yerli (aborigen) növdür.

Xarakterik morfoloji əlamətləri

Ağzı başın ucunda yerləşir və yuxarıya doğru yönəlmişdir. Üzgəcləri tünd qırmızı rəngdə olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularından ovlanmış qızılüzgəclərin uzunluğu 33 sm-ə, kütləsi isə 590 q-a qədər olur. [1]

Yaşayış yeri və həyat tərzi

Şirin su balığı olub çaylarda, su anbarlarında, şirinsulu körfəzlimanlarda yaşayır. Orta ömrün uzunluğu 6 ilə qədər olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetgin fərd şəklində olur.

Yayılması

Azərbaycanda Kür çayı hövzəsində Yevlaxa qədər olan göllərdə, [Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, YalamaXudat arasındakı çaylarda, su anbarlarında yayılmışdır[2].

Sayı və limit faktorları

11 yarımnövü vardır. Azərbaycanda 1 növü (Scardinius erythrophthalmus) yaşayır. Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Çoxalması kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə su bitgiləri üzərinə tökür. Kürüləməsi suyun temperaturu 17.0 - 18.0 C° olduqda baş verir. Çoxalması aprel aylarının sonlarından may ayının sonralarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 36.8 minlə 147.0 min ədəd kürü arasında dəyişir. Reproduktivliyin periodu ildə bir dəfə olmaqla hər il, generasiyaların sayı orta ömrün uzunluğundan asılı olaraq 4-5 dəfə olur.

Rasionu

Qidasını yosunlar, ali su bitkiləri, balıq kürələri, su cücüləri və onların körpələri təşkil edir.

Biomüxtəliflikdə rolu

Biomüxtəlifliyin bir kompanentidir, yosunlar, su bitkiləri, su onurğasızları və s. ilə qidalanır, özü isə yırtıcı balıqların, sürünənlərin və balıqyeyən quşların qidasını təşkil edir[3].

İnsan həyatına təsiri

Əmtəə keyfiyyəti olsa da, azsaylı olduğundan vətəgə əhəmiyyəti daşımır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır.

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.
  3. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 96 -99.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 96 -99.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  4. Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.
licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ

Qızılüzgəc: Brief Summary ( Aser )

fornì da wikipedia AZ

Qızılüzgəc (lat. Scardinius erythrophthalmus) — qızılüzgəclər cinsinə aid balıq növü. Az saylı, yerli (aborigen) növdür.

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ