Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — Leucaspius cinsinin yarımnövüdür. Az saylı, yerli (aborigen) növdür.
Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir[1].
Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü bir dəfəyə tökür. Kürüləməsi suyun temperaturu 12.0 – 16.0 C° oduqda mart ayının axırlarından may ayının sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəkilində olur. Kürüsünü bir dəfəyə 2.3 mindən 16.2 min ədədə qədər tökür. Yetkin fərdlər hər il kürütökmədə iştirak edirlər. Generasiyaların sayı ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olur[2].
Azərbaycanda 2 növ ilə təmsil olunmuşdur. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanda Yalama-Xudat çaylarında (Tel çay, Nurgədi, Xuray, Vələmir və Samur) yayılmışdır.
Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.
Qidasını, əsasən, yosunlar, detrit, su cücülərindən olan ikiqanadlıların sürfələri, ibtidai xərçəngkimilər və balıqların kürüləri təşkil edir.
Yırtıcı balıqlar və balıq parazitləri.
Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verir[3].
Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.
Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — Leucaspius cinsinin yarımnövüdür. Az saylı, yerli (aborigen) növdür.