dcsimg

Birmeyvəli sarıkol ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması:

Aralıq dənizi sahilində, Şimali Amerikada, Cənubi Afrikada və İspaniyada yayılmışdır.

Botaniki təsviri:

Hündürlüyü 4 m-ə çatan, uzun sallanan budaqlara malik olan kol və ya alçaqboylu ağacdır. Çiçəklərinin ləçəkləri ağ rəngli olub, mərkəzi bənövşəyi-qırmızımtıl, incə və ətirli, gümüşü rəngli yarpaqların fonunda olduqca dekorativ görünür. Paxlaları uzunsov, hər iki tərəfi iti, toxumları açıq-darçını rəngdədir. Kök pöhrələri və toxumla çoxaldılır.

Ekologiyası:

Torpağa az tələbkar, quraqlığa davamlıdır, lakin, kütləvi çiçəkləməsi üçün vaxtaşırı suvarma tələb olunur. Şaxtaya davamsızdır, qış aylarında bitkinin kök boğazına qədər yerüstü hissəsi donur, lakin, yazda güclü pöhrə verərək bərpa olunur.

Azərbaycanda yayılması:

Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir.

İstifadəsi:

Dekorativ bitki kimi yaşıllıqlarda istifadə oluna bilər.

Məlumat mənbələri

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ