dcsimg

Amur zirinci ( Azerbaijani )

provided by wikipedia AZ

Amur zirinci (lat. Berberis amurensis) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir.

Botaniki təsviri

Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir. May ayında çiçəkləyir. Açıq sarı çiçəkləri xoş qoxuludur. 10-26 ədəd sıx, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Çiçəkləmə müddəti 17-20 gündür. Bir yaşında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir və uzun müddət ağacda qalır. Meyvələrinin uzunluğu 1 sm-ə qədər, 1-2 iri toxumları qırmızı ovalşəkillidir. Toxumlar, zoğlar, qələmlər və kök zoğları ilə asanlıqla çoxalır.

Ekologiyası

Quraqlığa, istiyə və soyuğadavamlıdır.

Azərbaycanda yayılması

Mədəni halda Abşeronda, Gəncədə və başqa rayon və şəhərlərin həyətyanı sahələrində rast gəlinir.

İstifadəsi

Kolun gözəl formasına, iri yarpaqlarına, bol çiçəkləməsinə və meyvəverməsinə görə tək və qrup əkinləri, canlı çəpərlər salınması üçün məsləhət görülür. Tərkibində alkoloid, berberin maddələri vardır. Yarpaqları qara ciyərin, leyşmanioz, malyariya, öd kisəsi yollarının xroniki xəstəliklərində və qankəsici vasitə kimi istifadə edilir. Yeməlidir, ləti turş, dadlıdır.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Amur zirinci: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Amur zirinci (lat. Berberis amurensis) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ