dcsimg

Sümüklü qanoidlər ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Lepisosteus oculatus

Sümüklü qanoidlər (latınca Holostei) — şüaüzgəcli balıqların xüsusi qrupu. Sümüklü balıqlarla qığırdaqlı qanoidlər arasında keçid forma təşkil edir. Kəllə skeleti, çənə və qəlsəmə aparatları sümüklü balıqlar tipində qurulmuşdur, lakin alt çənə qığırdaqlı qanoidlərdəki kimi çoxlu miqdarda sümüklərdən ibarətdir. Sümüklü qanoidlər ilk dəfə Permin sonunda ehtimal ki, ali qığırdaqlı qanoidlərdən əmələ gəlmişlər. Mezozoyda sümüklü qanoidlərin 7 dəstəsi yaşamış və Paleogenin əvvəlində məhv olmuşlar. Hazırda 2 dəstəsi yaşayır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ