dcsimg

Şəbpərə ( Azerbaijani )

provided by wikipedia AZ

Şəbpərə (lat. Myotis) Hamarburun yarasalar və ya adi yarasalar fəsiləsinə daxil olan cinsdir. `

Təsviri

Ölçüləri xırdadan iriyə qədərdir. Qanadları enli və kütdür. Mahmızın əsasında epiblema adətən olmur və ya zəif ikişaf etmişdir. Quyruğun ucu omaarası pərdədən 1-3 mm kənara çıxır. Qulaqları zərif dərili, zirvəyə doğru daralmış, hündürlüyü enindən xeyli çoxdur. Düz və ensiz traqus aşağı 1/3 hissəsində daha enlidir. Sıx və hündür xəzin rəngi çox vaxt tutqun olub qonur, qəhvəyi və boz çalarlar üstünlük təşkil edir. Dişlərinin sayı dəstədə maksimal olub 38 –dir. Bu cins hamarburunlar fəsiləsində ən ibtidai hesab edilir.

Yayılması

Şimalda qütb dairəsinə qədər bütün materiklərdə yayılmışdır. Ekoloji plastik qrup olub müxtəlif təbii şəraitlərə uyğunlaşmışdir. Tam qaranlıq düşəndən sonra gec, yavaş və sakit uçması səciyyəvidir. 100-ə yaxın növü təsvir edilmişdir ki, bunlardan Qafqazda 8, Azərbaycanda 5 növ aşkar edilmişdir.

Təsnifatı

  • Yarımcins: Myotis
  • Yarımcins: Chrysopteron
  • Yarımcins: Selysius
  • Yarımcins: Isotus
  • Yarımcins: Leuconoe
  • Yarımcins: Pizonyx
  • Yarımcins:Cistugo

Ədəbiyyat

  • Azərbaycan heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı. 2004
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Şəbpərə: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Şəbpərə (lat. Myotis) Hamarburun yarasalar və ya adi yarasalar fəsiləsinə daxil olan cinsdir. `

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ