dcsimg

Qafqaz zımbırtikanı ( Azerbaijani )

provided by wikipedia AZ

Zımbırtikan (lat. Eryngium)[1]çətirkimilər fəsiləsinə aid bitki cinsi.[2]

Синеголовник кавказский (С. биберштейна) - Caucasian eryngo (Bieberstein eryngo) [3]

Botaniki təsviri

Hündürlüyü 30-50 sm olan göyümtül rəngli çoxillik ot bitkisidir. Tikanlıdır, kökü yoğun, gövdəsi budaqlıdır. Kökyanı yarpaqlar uzun saplaq üstündə olmaqla azacıq dərivaridir, tez solurlar. Gövdə yarpaqları dərivarı, oturaq, bölüklü və ya yarılmış, dişdişli tikanlıdır. Başcıqları 7-12 mm kürəvarıdir. Başcıq özündən 2-3 dəfə uzun, 4-6 xəttvari-lansetvari, tikanlı yarpaqa bükülmüşdür. Meyvəsi 5 mm, tinli, iti lansetvari pulcuqlarla örtülmüşdür. İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.[3]

Mənşəyi və yayılması

Qafqaz zımbırtikanı kserofil coğrafi tipinin önasiya sinfinin iran-turan qrupuna aiddir. İran, Əfqanıstan, Orta Asiya və Qafqazda yayılmışdır. Qafqaz zımbırtikanı Naxçıvandan başqa Azərbaycanın bütün rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

Kserofitdir, dağ-bozqır bitkilik tipində rast gəlir. Quru qumsal və qilli yamaclarda çox vaxt edifikator rolunu oynayır və tünd-göy rəngdə ləkələr əmələ gətirir.

Kimyəvi tərkibi

Flavonoid, steroid, efir və piyli yağlarla zəngindir.

Təsiri və tətbiqi

Hind, İran və xalq təbabətində geniş tətbiq edilir. Dəri, babasil, skrofulyoz, anemiya və astsit xəstəliklərində istifadə olunur. Diuretik və tonusqaldırıcı təsirə malikdir.

İstifadə olunan hissələri

Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi və kökü istifadə edilir. İstifadə formaları dəmləmə və cövhər formasındadır.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Cavan yarpaqlar İranda tərəvəz kimi istifadə olunur. Əhali arasında zımbırtikan “pis gözdən” qoruyan vasitə hesab edilir.

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı, 2011
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qafqaz zımbırtikanı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Zımbırtikan (lat. Eryngium) — çətirkimilər fəsiləsinə aid bitki cinsi.

Синеголовник кавказский (С. биберштейна) - Caucasian eryngo (Bieberstein eryngo)

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ