dcsimg

Blazius nalburunu ( Azerbaijani )

provided by wikipedia AZ

Blasiuz nalburnu (lat. Rhinolophus blasii) Nalburunlar fəsiləsinə (lat. Rhinolophidae) aid yarasa növüdür.

Qısa təsviri

Ölçüləri ortadır: bədəninin uzunluğu 46-54 mm, bazusu 43,5-49,0 mm, kütləsi 10,5-13,3 qramdır. Yəhərin forması armudşəkilli, nəştərin köndələn qırışının ortasında büküm vardır.

Yayılması

Arealı Cənubi Avropanı, Şimalı və Şərqi Afrikanı, Ön, Kiçik və Orta Asiyanı, İranıƏfqanıstanı əhatə edir. Azərbaycan hüdudlarında Böyük Qafqazın cənub yamaclarında (Şamaxı ətrafı) və Kiçik Qafqazda (Şuşa, Ordubad ətrafı, Şahbuz rayonunun, Marallı kəndi) 750-1400 m hündürlüklərdə aşkar edilmişdir.

Həyat tərzi

Bu fərdlər dağ meşələri qurşagına və dağüstü kserofitlərə uyğunlaşmışdır. Yalnız yeraltı sığınacaqlarda aşkar edilmişdir ki, bu da həmin növ üçün səciyyəvidir[1]. İstər Azərbaycanda (yığınlarda 10-dan artıq heyvan olmamışdır), istərsə də arealın Avropa hissəsində azsaylıdır. Bu nalburunların ən böyük miqdarı (500-ə qədər) 1962-ci ilin noyabırında Azərbaycanın İranla həmsərhəd rayonlarında tapılmışdır[2]. Nadir və azsaylı növdür.

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi, III hssə, Onurğalılar, Bakı, elm nəşriyyatı, 2004.

İstinadlar

  1. Рахматулина И.К. Антропогенных трансформация фауны рукокрылых Восточного Закавказья и тенденция ее изменения // Рукокрылые (Материалы совещ. VI по рукокрылым стран СНГ). Худжанд, 1995, 54-59.
  2. Lay D.M. A study of the mammals of Iran resulting from the Street Expedition of 1962-63// Fieldina: Zool., 1967, 54; 282 p.

Xarici keçidlər

http://www.iucnredlist.org/details/19515/0Rhinolophus blasii

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Blazius nalburunu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Blasiuz nalburnu (lat. Rhinolophus blasii) Nalburunlar fəsiləsinə (lat. Rhinolophidae) aid yarasa növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ