dcsimg
Image of Marsh Helleborine
Creatures » » Plants » » Dicotyledons » » Orchids »

Marsh Helleborine

Epipactis palustris (L.) Crantz

Epipactis palustris ( Azerbaijani )

provided by wikipedia AZ

Epipactis palustris (lat. Epipactis palustris) - səhləbkimilər fəsiləsinin epipactis cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1ab(iii)+2ab(iii). Azərbaycanın nadir növüdür. [1]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Kökümsovları böyük deyil, sürünəndir, qalınlığı 1 sm-ə qədərdir. Gövdəsinin hündürlüyü 40-70 sm-dir. Alt yarpaqları uzunsov, uzunluğu 4-sm-ə qədərdir. Yuxarıdakılar lansetşəkilli, sivri, tədricən çiçəkaltlığına keçir. Çiçək qrupu çoxçiçəkli salxım şəklindədir. Çiçəkləri aşağı əyilmişdir. Çiçık dodağının uzunluğu 1-1,2 sm, cılpaq, çiçək yanlığının üst yarpaqları uzundur və ya onlara bərabərdir, ağımtıldır, qırmızımtıl zolaqlarla, onun daxili hissəsi az çökükdür, daxildən oturaq, narıncı-ziyilli, kənarları xarici tərəfdən itidişlidir[2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Iyun-iyul (avqust) aylarında çiçəkləyir. Ovalıqdan orta dağ qurşağına qədər rütubətli yerlərdə, kölgəli meşə və kolluqlarda rast gəlinir [3].

Yayılması

Böyük Qafqazın Quba hissəsində, Kür düzənliklərində, Kiçik Qafqazın şimalında Naxçıvanın dağlıq hissəsində rast gəlinir.

Sumpf-Stendelwurz Epipactis palustris.jpg
 src=
Epipactis palustris var. ochroleuca

Populyasiyası nadirdir, fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

İqlim, otarılma və tapdalanma.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsüsi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.[4]

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Batdaxl%C4%B1%20m%C3%BCrg%C9%99kotu
  2. Ахундов Г.Ф., 1952
  3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  4. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. 2-ci nəşr. Bakı-2013


Convallaria-oliv-r2.jpg Birləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Epipactis palustris: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Epipactis palustris (lat. Epipactis palustris) - səhləbkimilər fəsiləsinin epipactis cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1ab(iii)+2ab(iii). Azərbaycanın nadir növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ