dcsimg

Sarıgöz pinqvin ( Azerbaijani )

provided by wikipedia AZ

Sarıgöz pinqvin[1][2][3][4][5], və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat. Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes[6] cinsinə aid olan yeganə növ. Maori dilində Xoixo adlandırılır.

Xarici görünüş

Bu vcanlıların bədən quruluşu daha çox Kəkilli pinqvinlərə bənzəyir.

İri fərdlərin boyu 70—75 sm, çəkisi 6—7 kq olur. Orta ömür müddəti 10—12 ildir. Bəslənmə şəraitində isə bu 20 ilə qədər uzana bilir. ,

Dişilərin böyük qismi artıq 2 yaşında yumurta qoyur.

Xarici görünüş baxımından isə digər pinqivinlərə bənzəyirlər.

Başları qızılı-sarı həm də qara tüklərlə örtülürlər. Boğaz isə qəhvəyi rəngdə olur. Bel nahiyəsi qara, sinə ağ, ayaq və dimdik qırmızı olur.

«Sarıgöz» adı isə göz ətrafında olan sarı zolaqla əlaqədardır.

Areal

Əsas yayılma arealı Cənub adasının cənub sahillərindən Kempbell adaları, Kurio körfəzini əhatə edir. Az miqdarda da BauntiAntipodov adalarının şərqi, Makkuori adasının cənubudur. Mülayim iqlimə malik ərazilərdə, otlar arasında, okeandan bir az aralıda yuva qururlar. Çütlük şəkilimndə yuva qururlar. Koloniya əmələ gətirmələri nadir görülür.

Digər pinqivinlər arasında ən nadirlərindən hesan edilir. Elədə böyük olmayan bir ərazidə yayılmalarına baxmayaraq sayları 4 mini keçir.

Yaxşı üzür və suya dalırlar. Əsas düşmənləri dəniz şirləriköpəkbalığıdır. Ən böyük təhlükəni isə onların yumurtalarını yeyən siçovullar, donuzlar və s ev heyvanları təşkil edir.

2004-cü il epidemiyası

Otaqo yarımadasında baş vermiş epidemiya zamanı populyasiyanın 3-də biri tələf olur. Stüart adasında isə kiçik miqyasda qeydə alınır.[7].

Sarıgöz pinqvin və insan

Cənub adasının Katlins sahillərində 112 km-lik qoruq ərazisi təşkil edilmişdir. 50 ha ərazidə ümumi dünya polpulyasiyasının 10 % cəmləşmişdir[8]. Sarıgöz pinqvin 5 nominallı yenizellandiya dolarının üzərində əks olunmuşdur[9].

Qalereya

İstinadlar

  1. Гладков Н. А., Рогачева Э. В., Сыроечковский Е. Е. Надотряд Плавающие птицы (Impennes) // Жизнь животных. Том 6. Птицы / под ред. В. Д. Ильичева, И. В. Михеева, гл. ред. В. Е. Соколов. — 2-е изд. — М.: Просвещение, 1986. — С. 37—38. — 527 с.
  2. Шунтов В. П. Трудная профессия альбатроса. — М.: Наука, 1993. — С. 15. — 224 с. — ISBN 5-02-005708-8
  3. Коблик, Евгений Александрович Разнообразие птиц (по материалам экспозиции Зоологического музея МГУ). Часть 1. — М.: Издательство МГУ, 2001. — С. 66, 68. — 384 с. — ISBN 5-211-04072-4
  4. |Акимушкин И. И. Мир животных. Том 3. Рассказы о птицах. — Серия «Эврика». — М.: Молодая Гвардия, 1971. — С. 14—15. — 384 с.
  5. Антарктика: доклады комиссии / АН СССР, Междуведомств. комиссия по изучению Антарктики. — М.: Наука, 1969. — С. 196.
  6. Pinqvinlər dünyası. Megadyptes
  7. Mystery illness strikes penguins
  8. Land set aside for yellow-eyed penguin protection in Catlins
  9. New-Zealand-Dollar-NZD-5-bank-note-2003

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Sarıgöz pinqvin: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Sarıgöz pinqvin, və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat. Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes cinsinə aid olan yeganə növ. Maori dilində Xoixo adlandırılır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ