dcsimg

Dəlinmişyaraq oxlivə ( азерски )

добавил wikipedia AZ

Dəlinmişyaraq oxlivə — Hündürlüyü 80 sm olan ikiillik çılpaq bitkidir. Kökü yumurtaşəkilli və ya şarşəkilli qalınlaşmışdır. Gövdəsi düz, budaqlanmış, tinləri ensiz qanadlıdır.

Yarpaq

Kökətrafı yarpaqları saplaqlıdır, yumurtaşəkilli, ikiqat və ya üçqat üçər yarıya bölünmüş dəyirmi dişli yarpaqcıqlarladır. Gövdə yarpaqları oturaqdır, yumurtaşəkilli, dərin ürəkşəkilli qaidəsi vardır, üçərdir, üçbölümlüdür, kənarları dəyirmi dişlidir; yuxarı yarpaqları bütövdür, gövdə həcmini artırandır.

Çiçək

Çətirləri saplaq üzərində və ya oturaqdır, 6-10 ədəd şüalıdır. Qını yoxdur. Ləçəkləri yaşılımtıl-sarı rəngdədir.

Meyvə

Meyvəsi yumurtaşəkilli-şarşəkillidir, uzunluğu 3 mm-ə yaxındır, demək olar ki, qar arəngdədir, parlaq, qabırğaaraları torvariqırışlıdır.

Çiçəkləməsi

May-İyun

Meyvə verməsi

İyun-İyul

Azərbaycanda yayılması

BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Nax. dağ. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti

Qaranlıq dağ meşələrində və kolluqlarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Ədviyyat kimi istifadə olunur, yağının gözəl ətri vardır.

Mənbə

Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Dəlinmişyaraq oxlivə: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Dəlinmişyaraq oxlivə — Hündürlüyü 80 sm olan ikiillik çılpaq bitkidir. Kökü yumurtaşəkilli və ya şarşəkilli qalınlaşmışdır. Gövdəsi düz, budaqlanmış, tinləri ensiz qanadlıdır.

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ