dcsimg

Himalay qoralı ( азерски )

добавил wikipedia AZ

Himalay qoralı, və ya Qoral[1] (lat. Naemorhedus goral) — Cütdırnaqlılara aid Qoral növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus)[2].

Adı

Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus «meşə», və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür.

Xarici görünüşü

Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər. Qoralın uzunluğu 106—118 sm, hündürlüyü 75 sm, çəkisi — 32—42 kq-dır. Quyruğu 13—18 sm-dir. Erkəklər və dişilər qara rəngli və iti buynuza malikdir. Buynuzu 13-18 sm uzunluğa malikdir. Qışda tükləri uzun və sıx olur. Yay ayları isə qısa və seyrək olur.

Törənməsi

Qoral Seroudan (Capricornis sumatraensis) törəməsi və onunla ümumi kökə malikdirlər.

Yayılması

Bu növ əsasən Himalay, Şərqi Tibet, Birmanın dağlıq hissələrində, Çin (Siçuan, Yonnan, Şansi), Pakistan, Hindistan, NepalButan ərazilərində yayılmışdır.

Həyat tərzi

Tipik dağ heyvanıdır. Qayalıqlar üzərində, dağ meşəliklərində və hündürlüyü 4000 m olan ərazilərə yayılırlar.

Ədəbiyyat

  • Grubb, P. Review of Family-Group Names of Living Bovids. Journal of Mammalogy. 2001. Vol. 82, No. 2 pp. 374—388 abstract

İstinadlar

  1. Полная иллюстрированная энциклопедия. «Млекопитающие» Кн. 2 = The New Encyclopedia of Mammals / под ред. Д. Макдональда. — М.: «Омега», 2007. — С. 471. — 3000 экз. — ISBN 978-5-465-01346-8.
  2. Amur qoralı
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Himalay qoralı: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Himalay qoralı, və ya Qoral (lat. Naemorhedus goral) — Cütdırnaqlılara aid Qoral növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus).

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ