Ayaqqəlsəməlilər (lat. Branchiopoda) — Buğumayaqlılar tipinin xərçəngkimilər yarımtipinə aid sinif.
1500-ə yaxın növü qeydə alınıb.
Seqmentlərinin sayı dəyişkən olan ən ibtidai xərçəngkimilərdir. Başı döş seqmentlərinə bitişmir, faset və nauplial gözləri olur. Döş ayaqcıqları yarpaqşəkilli, zəif xitinləşmişdir, tənəffüs, hərəkət və qidanı ağıza yönəltməyə xidmət edir. Aydın şəkildə buğumlara bölünməmiş ayaqlar qəlsəmə çıxıntıları ilə təhciz olunmuşdur. Qarıncığın qurtaracağında yaxşı inkişaf etmiş çəngəl vardır. Qısqacsız mandibullar rudimentar vəziyyətdə nəzərə çarpır. Əksər növlərinin bədəni ikitaylı çanaqla və ya bel qalxanı ilə təchiz olunmuşdur[1].
Ayaqqəlsəməlilər (lat. Branchiopoda) — Buğumayaqlılar tipinin xərçəngkimilər yarımtipinə aid sinif.
1500-ə yaxın növü qeydə alınıb.