Ayı soğanı (lat. Allium ursinum)[1] - Soğankimilər (Alliaceae L.) fəsiləsinin soğan cinsinə aid bitki növü.[2]
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür. [3][4]
Çoxillik ot bitkisidir. Soğanağı uzunsov, ensiz, 1 sm enində, gövdə üçtilli və ya dairəvi, 15-20 sm hündürlükdə, əsası adətən 2 kökyanı yarpaqlıdır, qına bərkidilmişdir. Yarpaq səthi uzunsov və ya ellipsivari-neştərşəkilli, iti 2(3)-4(6) sm enindədir. Çətir çox və ya azçiçəkli, hamardır. Çiçəkyanlığı 8-10 mm uzunluğunda, ulduzşəkilli, təmiz ağdır. Erkəkcik sapı uzun, bütöv, bizvaridir. Sütuncuq çiçəkyanlığından qısadır. Qutucuq güclü qabarıq qanadlıdır, 2 dəfə çiçəkyanlığından qısadır.[3] [4][5][6] Meyvələri (qutucuq) güclü qabarıq qanadlı, 2 dəfə çiçəkyanlığından qısadır. Toxumları demək olar ki, ovaldır. BQ qərbi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Kölgəli meşələrdə rast gəlinir.
* Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.[7]
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir.Soğanaqla və toxumla çoxalır. Kseromezofitdir.Orta dağ qurşağına kimi kölgəli meşələrdə rast gəlinir. Dekorativ bitkidir. [3][4][6]
Böyük Qafqazın qərb hissəsində yayılmışdır.[3] [4][6][8][9][10]
Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.[3] [4]
Dekorativ bitki kimi əhali tərəfindən soğanaqlarının, çiçəklərinin yığılması, otarılma və tapdalanma müşahidə olunur.[3] [4]
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yeni yayılma yerlərinin axtarılması vacibdir.[3] [4]
Ayı soğanı (lat. Allium ursinum) - Soğankimilər (Alliaceae L.) fəsiləsinin soğan cinsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.