dcsimg

Bərabərpulcuqlu ağ şam ( azéri )

fourni par wikipedia AZ

Yaponiya da dəniz səviyyəsindən 800-2000 m hündürlükdə, dağlarda təbii halda bitir. Qərbi Avropa da 1854-cü ildən mədəni şəraitdə becərilir. Qafqazın Qara dəniz sahillərində 1897-ci ildən Adler də, Suxumi də, Batumi də və s. məlumdur. Hündürlüyü 40 m-ə, kəsiyində diametri 1,5 m-ə çatan, enli-piramida çətirli, qalın, horizontal budaqları olan ağacdır. Ağacın cavan hissələrində qabığı boz, gövdənin qoca hissələrində isə tünd-qonur rənglidir, şırımlıdır, dərin yarıqlıdır. Cavan zoğları açıq-sarı, çılpaq, xırda buğumlu, parlaqdır. Tumurcuqları yumru-oval və ya təxminən şarşəkilli, açıq rənglidir, çox qətranlıdır. İynəyarpaqları möhkəm, daraqvarıdır, coddur, üst tərəfdən parlaq, açıqyaşıl, alt tərəfdən kəskin mavi-ağ rənglidir, məsaməli zolaqlıdır, ucu yumrudur. Uzunluğu 3 sm, eni 2 mm-ə çatır, kəsiyində təxminən ovaldır. Qozaların uzunluğu 9 sm-ə, qalınlığı 3,5 sm-ə qədər olub, yetişməzdən əvvəl bənövşəyi, sonradan qırmızı-qonur rəngli olur. Kənar pulcuqları toxum pulcuqlarından iki dəfə qısadır və üstə çıxmır. Toxumları tündqonurdur və qanadı toxum uzunluğunda olur. Bərabərpulcuqlu ağ şam dekorativ görünüşlüdür, soyuğa davamlıdır. Azərbaycan da, Lənkəran da, Abşeron da mədəni salınan yollarda, park və bağlarda rast gəlinir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Bərabərpulcuqlu ağ şam: Brief Summary ( azéri )