Çili araukariyası — Vətəni Cənubi Amerika və Avstraliya olan bitki. Hündürlüyü 30–40 m-ə, gövdəsinin diametri 1-1,5 m-ə çatan piramida formalı həmişəyaşıl ağacdır. Cavan ağacların çətiri enlipiramida formalı, yan budaqları üfüqi və ya bir az meyllidir. Ağac yaşlandıqca aşağı budaqları tökülür. Qabığı boz-qonur, qatranlıdır. Tökulməyən yarpaqları oval-nizəşəkilli, məsaməli və hər iki tərəfdə zolaqlıdır, uzunluğu 30–50 mm, eni 8-25 mmdir ikievli və birevli olub, 10-15 il yaşayır. Yumurtacıq toxum pulcuğunda olur və örtücü pulcuqlarla birlikdə inkişaf edir. Dişi qozaları Şarşəkilli, tünd-qonur rəngli olub, uzunluğu 10-18 sm, eni 8-15 sm-ə qədərdir, 2-3 ilə yetişir. Erkək qozaları şaquli yerləşir, sarımtıl – qonurdur, uzunluğu 7-15 sm, eni 5 sm-ə qədərdir, tək və topalarla yerləşir, mikrosporofilləri birdir. Toxumların rəngi açıq – qonur, açıq narıncı, üçbucaq formasındadır. Araucaria aracuana növü işıq və istiliksevəndir, quraqlığa davamlıdır. Münbit və əhəngsiz torpaqları sevir. Azərbaycanda Abşeron, Lənkəran və Astara bölgələrində, Gəncə də park və bağlarda, xiyabanlarda rast gəlinir.