dcsimg

Cənubi Qafqaz ayısı ( azeri )

tarjonnut wikipedia AZ

Cənubi Qafqaz Ayısı (Ursus arctos syriacus Hemprich et Ehrenberg) — qonur ayının nadir altnövü.

Görünüşü

Görünüşü Tyan-Şan ayısına oxşayır. Cənubi Qafqaz ayısı üçün kiçik ölçülər səciyəvidir. Tük örtüyü alçaq, seyrək və sərtdir. Açıq qonur, bəzən demək olar ki sarı rəngdə olur.

Areal

Hal-hazırda Suriyada, Livanda, Kiçik AsiyadaCənubi Azərbaycanda (İranda) yaşayır. Şimalda Abxaziyaya qədər, Göyçə gölü ətrafı, Qarabağda, eləcə də TalışXəzərin şərq tərəfində Kopetdağa qədər. Qayalı çıxışları olan yarpaqlı, qarışıq və ardıc dağ meşələrində məskunlaşırlar. Dağların meşəsiz, qayalı, daşlıq yerlərində rast gəlmək olar. Gecə qaya çatlarına və mağaralara sığınırlar. Qış yuxusuna gedirlər. Cənubi Qafqaz üçün səciyəvidir ki, fındığın və qozun bol olması ilə əlaqədar qış yuxusuna getməsinlər. Adətən dekabrın ortasında qış yuxusuna gedirlər. Giləmeyvənin, quru meyvələrin bolluğundan asılı olaraq, yerli miqrasiyalar edirlər.

Qidalanması

Hər şey yeyirlər. Onurğasız və onurğalılarla, bitkilərlə, həmçin yer altı köklərlə, toxumlarla və meyvələrlə qidalanırlar.

Çoxalması

Öyrənilməyib.

Sayı

Qərbi Azərbaycanda(Ermənistanda) 400 qədərdir. Kopetdağda -160. Sayın azalması insan tərəfindən ovlanması və mühitinin dəyişdirilməsi(meşələrin qırılması, yolların çəkilməsi) ilə bağlıdır. Qərbi Azərbaycanda (Ermənistanda) Dilican və Xosrov qoruqlarında, Sevan milli parkında, Türkmənistanda -Suyunt -Hasardağ qoruğundan qorunurlar.

Mənbə

  • В.Е. Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Москва "Высшая школа" 1986 səh.284-285
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Cənubi Qafqaz ayısı: Brief Summary ( azeri )

tarjonnut wikipedia AZ

Cənubi Qafqaz Ayısı (Ursus arctos syriacus Hemprich et Ehrenberg) — qonur ayının nadir altnövü.

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ