dcsimg
Sivun Harmaapihta kuva
Life » » Archaeplastida » » Gymnosperms » » Mäntykasvit »

Harmaapihta

Abies concolor (Gordon) Lindl. ex Hildebr.

Birrəng ağ şam ( azeri )

tarjonnut wikipedia AZ

ABŞ -ın cənub-qərbi və Şimali Meksika dağlarında, dəniz səviyyəsindən 2000–3000 m-ə qədər hündürlükdə kölgəli yamaclarda və çayların kənarında bitir. 350 ilə qədər yaşayır. Hündürlüyü 40 (60) m-ə çatan, gövdəsinin diametri 1,8 m-ə qədər, konusvarı, sıx çətirli ağacdır. Yaşlandıqda çətiri a.ağıya doğru əyilir. Gövdəsinin qabığı boz, qalın və hamardır. İynəyarpaqları hər tərəfdən göyümtül-yaşıl, üstü orta damarcığın ətrafında 6-8 ağızcıq xətli, alt tərəfi kilin hər tərəfindən 5-8 ağızcıq xətlidir. Tumurcuqların diametri 3–5 mm-dir. Toxum qabıqları əsasən pazşəkillidir. Tək və qrup əkinlərində payızda iynəyarpaqları saraldıqda daha dekorativ görünür. Sərt qış aylarında donur, ancaq əkin yeri düzgün seçildikdə yüksək dekorativ keyfiyyətliyini saxlayır, qozalar və cücərən toxumlar əmələ gətirir. Tək və qrup əkinləri üçün yararlıdır. Quraqlığa davamlıdır. Mədəni şəraitdə 1831-ci ildən becərilir. Respublikamızda qışa davamlıdır. Qış qələmlərinin 10 %-i kök atır. Yaşıllaşdırmada az istifadə edilir. Bakı şəhərində 1998-ci ildən mədəni şəraitdə becərilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Birrəng ağ şam: Brief Summary ( azeri )