dcsimg

Ağ tut ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Ağ tut (lat. Morus alba) — Moraceae fəsiləsindən bitki.

Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir.

Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur.

Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir.

Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur. Tut ağacı çox yavaş böyüyür.

Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər yarpaqlarla eyni vaxtda əmələ gələn kiçik meyvəciklərin üzərində açılır. Çiçəklər gödək saplaqla salxımda yerləşir. Erkək çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır. Torbacıqlar partladıqdan sonra tozları tökülür. Dişi çiçəklər 4 kasacıq yarpaqlarından ibarətdir, 2 ağızcığı vardır. Hər çiçəkdən tək-tək balaca meyvələr əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun əsas meyvəsini təşkil edirlər. Hər meyvəciyində bir ədəd yastı, sarı, xırda toxumu vardır. Toxumların ərafında olan sulu, şirin ətliyi yeyilir. Meyvəsi silindr şəklində, saplağı qısadır. Tutun meyvəsi mürəkkəb giləmeyvədir.

Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Meyvələrin yetişməsi tədricən olur və 40 gün davam edir. Ağ tutun meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və ya ağ-çəhrayı rəngdə, sulu və şirindir. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə sulu, turşaşirin dadlı və ətirlidir. Xartutdan başqa adi qara tut da vardır. Lakin bunların əksəriyyəti dadsız və yaxud kəmşirin olur. Qida üçün yararsızdır. Bunların yarpaqları barama qurdu üçün qida hesab edilir. Ağ tutun meyvələri tam yetişdikdə yerə tökülür. Odur ki, tutu yetişdikcə, hər iki gündən-bir səhər tezdən silkələyib xüsusi çadralara toplayırlar. Xartutun saplağı ağaca bərk yapışdığından əl ilə yığılır. Xartutun meyvəsi şüşə və emallanmış qablarda saxlanılmalıdır, mis qablarda saxlanması qorxuludur.

Ağ tutun meyvəsi şirin, dadlı, asan həzm olunduğundan təzə halda yeyilir. Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular, zülal, pektin, yağ, aşılayıcı və rəngləyici maddələr, vitaminlər və dəmir vardır. Xartutda dəmir ağ tuta nisbətən çoxdur.[1]

Təbabətdə

Xalq təbabətində ağ tutun qurudulmuş və xırdalanmış yarpaqlarından 1 xörək qaşığı bir stəkan qaynar suda dəmləyib, ürək ağrılarında içirlər.

Ağ tut meyvələri ürək zəifliyində, qan azlığında çox xeyirlidir. Meyvəsindən hazırlanan bəkməz və ya doşab, mürəbbə ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyində son dərəcə faydalıdır. Xalq təbabətində tut ağacının qol – budaqlarının qabıqlarından qurudub toz halına salandan sonra 1–2 çay qaşığı 1 stəkan qaynar suda dəmləyib, qarın ağrılarında və eləcə də qurdqovucu dərman kimi qəbul edirlər. Tut ağacı meyvələri can sağlığı mühafizəsində də çox xeyirlidir.

Təbii yayılması:

Vətəni Çin və Yаpоniyаdır.

Botaniki təsviri:

Hündürlüyü 15-25 m, diаmеtri 1 m-ə çаtаn, sıх, qаlın çətirli аğаcdır. Gövdəsinin qаbığı аçıq bоz rəngdə оlub, dаyаz çаtlıdır. Yаrpаqlаrı tünd yаşıl, üst tərəfdən pаrlаq, pаyızda sаrı sаmаn rəngi аlır. Yаrpаqlаrı budаq üzərində növbə ilə düzülmüş, gеniş, оvаlşəkilli, yumurtаvаrı, ürəkvаrı və dаirəvi fоrmаlı оlur, uc tərəfləri iti, kənаrlаrı isə müхtəlif fоrmаlı, dişlidir. Yаrpаqlаrı çılpаq və yа хırdа tükcüklərlə örtülmüşdür. Yаrpаq аyаsının uzunluğu 5-14 sm, yаrpаq sаplаğı isə qısа, nаzik оlur. Cаvаn budаqlаrı hаmаr, аçıq yаşıl və bоz rəngli оlur. Tumurcuqlаrı хırdа 3-7 pulcuqlа örtülmüşdür. Çiçəklər sırğа şəklində, qısа sаplаqlı, çiçək qrupu isə ikicinsli оlur. Еrkək çiçəkləri sеyrək, dişi çiçəkləri sıх, sırğаşəkilli hаmаş çiçək qrupunа yığılmışdır. Еrkək çiçəkləri 4 çiçək yаnlığındаn, 1,5 mm uzunluqdа yumurtаvаri, bir-birinin üzərində kirəmit fоrmаsındа оturmuş еrkəkcikdən ibаrətdir. Dişi çiçəkləri 4 hissəyə bölünmüş çiçək yаnlığınа mаlikdir. Yumurtаlığı 2 yuvаlıdır. Оduncаğı bərk, möhkəmdir. Apreldə çiçəkləyir, meyvələri mayda yetisır.

Еkоlоgiyаsı:

Təbii аmillərə аz tələbkаrdır, qurаqlığı yахşı kеçirir. Yüngül, gilli, qumlu, аz əhəngli (0,5-1% duzlu) tоrpаqlаrdа yахşı inkişаf еdir.

Аzərbаycаndа yаyılmаsı:

Nахçıvаn, Bаkı, Şəki, Gəncə və bаşqа Arаn-dаğ rаyоnlаrındа gеniş yаyılmışdır.

İstifаdəsi:

Bəzək аğаcı kimi yаşıllаşdırmаdа tək və qrup əkinlərində, cаnlı çəpərlər və хiyаbаnlаr sаlmаq üçün qiymətlidir.


Qalereya

Morusalbaleavesandflowersspring2500ppx.jpg

Çiçəklər

Morus-alba.jpg

Meyvə

Morus alba bark.jpg

Qabıq

Morus alba wood ray section 1 beentree.jpg

Oduncaq

İstinadlar

  1. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.

Mənbə

http://dendrologiya.az/?page_id=112 Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Ağ tut: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Ağ tut (lat. Morus alba) — Moraceae fəsiləsindən bitki.

Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir.

Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur.

Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir.

Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur. Tut ağacı çox yavaş böyüyür.

Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər yarpaqlarla eyni vaxtda əmələ gələn kiçik meyvəciklərin üzərində açılır. Çiçəklər gödək saplaqla salxımda yerləşir. Erkək çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır. Torbacıqlar partladıqdan sonra tozları tökülür. Dişi çiçəklər 4 kasacıq yarpaqlarından ibarətdir, 2 ağızcığı vardır. Hər çiçəkdən tək-tək balaca meyvələr əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun əsas meyvəsini təşkil edirlər. Hər meyvəciyində bir ədəd yastı, sarı, xırda toxumu vardır. Toxumların ərafında olan sulu, şirin ətliyi yeyilir. Meyvəsi silindr şəklində, saplağı qısadır. Tutun meyvəsi mürəkkəb giləmeyvədir.

Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Meyvələrin yetişməsi tədricən olur və 40 gün davam edir. Ağ tutun meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və ya ağ-çəhrayı rəngdə, sulu və şirindir. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə sulu, turşaşirin dadlı və ətirlidir. Xartutdan başqa adi qara tut da vardır. Lakin bunların əksəriyyəti dadsız və yaxud kəmşirin olur. Qida üçün yararsızdır. Bunların yarpaqları barama qurdu üçün qida hesab edilir. Ağ tutun meyvələri tam yetişdikdə yerə tökülür. Odur ki, tutu yetişdikcə, hər iki gündən-bir səhər tezdən silkələyib xüsusi çadralara toplayırlar. Xartutun saplağı ağaca bərk yapışdığından əl ilə yığılır. Xartutun meyvəsi şüşə və emallanmış qablarda saxlanılmalıdır, mis qablarda saxlanması qorxuludur.

Ağ tutun meyvəsi şirin, dadlı, asan həzm olunduğundan təzə halda yeyilir. Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular, zülal, pektin, yağ, aşılayıcı və rəngləyici maddələr, vitaminlər və dəmir vardır. Xartutda dəmir ağ tuta nisbətən çoxdur.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ