[1]Adi başınağacı (lat. Viburnum opulus L.)[2] - başınağacı cinsinə aid bitki növü.[3]
Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir.[4]
Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır.[4]
Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8-10 mm-dir. Toxumları təkdir və yastıdır.[4]
May-İyun[4]
Avqust-Sentyabr[4]
Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.
Flavonoid, saponin, kumarin, K və C vitaminləri, karotin, piyli və efir yağları, steroid, aşı maddələri, antosian və qətranla
zəngindir.
Adi başınağaci farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental və xalq təbabətində, habelə homeopatiyada, farmakologiyada və baytarlıqda tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xorası, bronxial astma, qaraciyər, dəri-zöhrəvi, böyrək, babasil, epilepsiya, anemiya, nevroz xəstəlikləri, soyuqdəymə, öd və sidik kisəsi daşları, qanaxmalar zamanı istifadə olunur. Kardiotonik, sedativ, hipotenziv, ağrıkəsici, şualanmadan qoruyucu, protistosid, antihelmint, antibakterial, qanqatılaşdırıcı və s. təsirə malikdir.
Təzə meyvələrin tərkibində acı qlikozid viburin olduğu üçün, yeməklərdə istifadə edildikdə bəzən ürəkbulanma və qusma hissi əmələ gətirir. Mədə və onikibarmaq bağırsaq xorası, böyrək və pankreatit xəstəliklərinin kəskin dövründə, eləcə də podaqrada istifadə etmək olmaz. Trombofiliyalı xəstələr təzə meyvələri ehtiyatla və az miqdarda qəbul etməlidir.
Müalıcə məqsədi ilə bitkinin meyvələri, yarpaqları, çiçəkləri, qabığı, toxumları və budaqları istifadə edilir.
Cövhər, şirə, və spirtli ekstraktlar.
Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəz, Lənk. dağ. Orta dağ qurşağına qədər.[4]
Meşələrdə, çayların sahilində, kolluqlar arasında, meşə sahələrində, səpələnmiş halda rast gəlinir.[4]
Dərman bitkisidir. Qabığında aşı maddəsi vardır. Dekorativ koldur.[4]
Adi başınağacı (lat. Viburnum opulus L.) - başınağacı cinsinə aid bitki növü.
Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir.