dcsimg

Külvari söyüd ( Aser )

fornì da wikipedia AZ

Təbii yayılması

Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir.

Botaniki təsviri

Hündürlüyü 2,5-10 m çatan kol və ya ağacdır. Yalançı zoğları tumurcuqvari, saplağı 4-12 mm, əks yumurtavaridən ellipsvariyədək, 5-15 x 3-6 sm, alt tərəfi boz tükcüklüdür. Dişi çiçək 4-6 x 1-1,5 sm, meyvəsi 7-9 mm-dir.

Ekologiyası

Rütubətli, çimli torpaqlarda yaxşı bitir. Əsasən çaykənarlarında rütubətli yerlərdə rast gəlinir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşə malik olur.

Mənbə

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ