dcsimg

Torqanadlılar ( Azerbaijani )

provided by wikipedia AZ

Torqanadlılar (lat. Neuroptera) - Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota) dəstəüstünə aid dəstə.

Ümumi məlumat

Torqanadlılar təbiətdə geniş yayılaraq, kənd təsərrüfatı bitkiləri və meşə əkinləri ziyanvericilərinin məhvində böyük rol oynayır. Bunlar yaraşıqlı, zərif, qəhvəyimtil, yaşıl və ya sarımtıl cücülərdir. Başı üfüqü və şaquli vəziyyətdə olur. Ağız orqanları gəmirici, bığcıqları-uzun, sapşəkilli və təsbehşəkillidir. Gözləri iridir, gözcükləri bəzən olmur. İki cüt uzun qanadı vardır. Qanadlar pərdəli, torlu, şəffaf və ya tünd xallı qonur rəngdə, bədəndən uzundur. Hər iki cüt ölçüsünə və formasına görə eynidir, arxa cüt çox vaxt aydın şəkildə reduksiya olunmuşdur. Ayaqları uzun, nazik, 5 buğumludur. Sürfələri və yaşlı fərdləri yırtıcıdır. Onlar mənənələri, yarpaq birəciklərini, tripsləri, xırda kəpənək tırtıllarını, milçək sürfələrini, mişarçı böcəkləri və yumşaq bədən örtüyü olan başqa buğumayaqlıları yeyir. Sürfələr fəal yırtıcılardır. İmaqolar arasında yırtıcılar, həm də çiçək tozcuğu və nektarı yeyən fitofaqlar vardır[1].

Təsnifatı

  • Ascalaphidae
  • Berothidae
  • Chrysopidae
  • Coniopterygidae
  • Dilaridae
  • Hemerobiidae
  • Ithonidae
  • Mantispidae
  • Myrmeleontidae
  • Nemopteridae
  • Neurorthidae
  • Nymphidae
  • Osmylidae
  • Polystoechotidae
  • Psychopsidae
  • Sisyridae
  • Stilbopterygidae

İstinad

  1. Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh. 191

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Torqanadlılar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Torqanadlılar (lat. Neuroptera) - Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota) dəstəüstünə aid dəstə.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ