dcsimg

Perilla ( Azerbaijani )

provided by wikipedia AZ

Perilla (lat. Perilla)[1] - dalamazkimilər fəsiləsinə aid bitki cinsi.[2]

Əhəmiyyəti

Perilla toxumlarında 40-54% tez quruyan (yod ədədi 181-206) texniki yağ və 28 %-ə qədər zülal vardır.Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tətbiq olunduğu sahədə elastiklik yaradır və çatlar əmələ gətirmir. Perilla yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliqrafiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolyasiya xüsusiyyətinə malikdir. Perilla yağı hopdurulmuş parça və kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə edilir. Perilla yağı əczaçılıqda və işıqlandırmada lampa yanacağı kimi (his vermədiyinə görə) istifadə edilir. Çində, YaponiyadaKoreya yarımadasında perilla yağı təmizləndikdən sonra qida kimi istifadə edilir.Perilla jmıxının tərkibində 37%-ə qədər zülal vardır. O heyvandarlıqda qiymətli konsentrat yem kimi istifadə edilir. Yarpaqlarından alınan efir yağlarından qənnadı sənayesində (Yaponiyada) istifadə edilir. Yarpaqları təzə halda salatlarda istifadə edilir. Yaxşı bal verən bitkidir.[3]

Tarixi, becərilmə rayonları və məhsuldarlığı

Perilla şərqi Asiya mənşəlidir. Onun ən çox yabanı növləri burada yayılmışdır. Perilla ən çox Yaponiyada, Cində və Koreya yarımadasında yayılmışdır. Rusiyada perilla səpinləri birinci dəfə uzaq Şərqdə aparılmışdır. 1926-ci ildən isə onu Ukraynaşimali Qafqazda öyrənməyə başlamışlar. Perilla çoxda böyük olmayan sahələrdə Primorski diyarında da becərilir. Toxum məhsuldarlığı 0,8 - 1 ,5 ton /ha -dır.[3]

Növləri

Azərbaycanın dərman bitkiləri

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Perilla: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Perilla (lat. Perilla) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ