dcsimg

Söyüdyarpaq topulqa ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması

Avropa, Sibir, Uzaq Şərq, Çin, Koreya, Yaponiya, Şimali Amerikanın qərbində yabanı halda bitir.

Botaniki təsviri

Hündürlüyü 2 m- dək, düz dayanan, hamar və ya çıxıntılı-zolaqlı, qırmızımtıl-qonur-sarı zoğlu koldur. Yarpaqları uzunsov- lansetvari, uzunluğu 10 sm-dək, ucu biz təxminən bünövrəyədək iti dişli, çılpaq və ya tükcüklü, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Çəhrayı və ya ağ çiçəkləri qısa, sarımtıl tükcüklü çiçək saplaqlarında uzunluğu 20 sm-dək olan silindirik və ya piramidal süpürgələrə yığılmışdır.

Ekologiyası

Çayların, göllərin ətrafında, bataqlıqlarda bitir. İşıqsevəndir. Şaxtaya davamlıdır, torpağa tələbkardır, nəmişli torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

Mədəni şəraitdə bir çox park və bağlarda becərilir.

İstifadəsi

Canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə olunur.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ