Hirkan güləvəri - (lat. Centaurea hyrcanica Bornm.) Mürəkkəbçiçəklilər – (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növüdür.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. [1][2]
Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kök ətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir. Toxumcuqlar 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa ( 0.5 mm uzunluğunda) kəkillidir. [3][4]
Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun-avqsut aylarına təsadüf edir. Toxum vasitəsilə çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir.[3][5]
Lənkəranın dağlıq hissəsində - aşağı və orta dağ qurşağında, meşə və kolluqlarda, meşə talalarında və zəmilərdə bitir.
Çox azdır.
Daha çox təsir edən antropogen amillərdir.
Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Jacea hyrcanica (Bornm.) Holub.
Hirkan güləvəri - (lat. Centaurea hyrcanica Bornm.) Mürəkkəbçiçəklilər – (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növüdür.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür.