dcsimg
Image of Pulsatilla albana (Steven) Berchtold & J. Presl
Creatures » » Plants » » Dicotyledons » » Buttercup Family »

Pulsatilla albana (Steven) Berchtold & J. Presl

Alban güləbətini ( Azerbaijani )

provided by wikipedia AZ

Alban güləbətini - (lat. Pulsatilla albana (Stev.) Bercht. et Presl).Qaymaqçiçəyikimilər (Ranunculaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.


Qısa morfoloji təsviri

Pulsatilla albana.jpg

Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18-25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.[1][2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə may-iyul aylarına təsadüf edir. Yuxarı dağ qurşaqlarında, əhəngli, çınqıllı-daşlı, daş yamaclarında və çəmənliklərdə rast gəlinir. Dekorativdir. Zəhərli bitki olduğundan mal-qara tərəfindən yeyilmir.[3]

Yayılması

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri.[4][5]

Sayı və tendensiyası

Antropogen amillərin təsirinə baxmayaraq populyasiya hal-hazırda sabitdir, yalnız areallarının qismən daralması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Sistemsiz otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır, ekstremal iqlim şəraiti olan ərazilərdə yayılıb.

Mühafizə tədbirləri

Yayıldığı ərazilərin nəzarətə götürülməsi, axtarış monitorinqlərinin aparılması, toxumla çoxalan bitki olduğundan lazımi miqdarda toxum ehtiyyatının toplanılması təklif olunur.

Sinonimləri:

Pulsatilla andina (Rupr.) Woronow

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Alban%20g%C3%BCl%C9%99b%C9%99tini
  3. Флора Азербайджана, 1953
  4. Əsgərov A.M.
  5. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Alban güləbətini: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Alban güləbətini - (lat. Pulsatilla albana (Stev.) Bercht. et Presl).Qaymaqçiçəyikimilər (Ranunculaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.


license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ