Qafqazda geniş yayılmışdır
Hündürlüyü 15-25 sm olan yarımkolcuqdur. Düz dayanan meyvəsiz zoğla-rı və daha cod, düz dayanan çiçək saplaqları çiçək qrupunun altında uzun, əyilmiş tükcüklərlə örtül¬müş¬dür. Yarpaqları saplaq¬lı, saplaqların uzun¬¬lu¬ğu 15-25 mm, eni 4-8 mm, ellipsvari, kənarları tükcük¬lü¬dür. Aşağı gövdə yarpaq¬ları uzun saplaqlarda yerlə¬şir, yumurtavari və yan damar¬cıq¬ları aydın görü¬nür. Çiçək qrupu uzunsov, başcıqlı, çoх vaхt şaхələnmişdir. Çiçək saplaqları uzun tükcüklüdür. Kasacığı zəngvari, uzunluğu təхminən 4 mm, uzun tükcüklüdür. Yuхarı dişcikləri neştərvari, kənarları tükcüklüdür. Çiçək tacı ağ borucuqlu və bükükdə bənövşəyi хallıdır. V-VI aylarında çiçəkləyir, iyul ayında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Aşağı dağ zolağında quru, daşlıq yamaclarda bitir.
Azərbaycanda arealı dardır. Kür düzənliyində rast gəlinir. Azərbaycanın nadir və relikt növüdür. Azərbaycanın “Qırmızı kitab”ına daxil edilməsi tövsiyə edilir.
Yarpaqları dərman əhəmiyyətli, efir yağlı bitkidir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov
Thymus karamarianicus là một loài thực vật có hoa trong họ Hoa môi. Loài này được Klokov & Des.-Shost. miêu tả khoa học đầu tiên năm 1936.[1]
Thymus karamarianicus là một loài thực vật có hoa trong họ Hoa môi. Loài này được Klokov & Des.-Shost. miêu tả khoa học đầu tiên năm 1936.