dcsimg

Ləkəli salamandra ( Azerbaijani )

provided by wikipedia AZ

Ləkəli salamandra — salamandralar fəsiləsinə aid olan bir salamandra növü.

Xüsusiyyətləri

Qalın bədəninin uzunluğu 25 sm-ə qədər çatır. Başın ön hissəsi qabarıq olub erkək fərdlərdə anal bölgə daha qabarıqdır. Kürək bölgəsi qara rəngdədir və üzərində sarı, nadir də olsa qırmızı ləkələr olur. Ləkələrin yerləşməsi və forması çox müxtəlifdir. Alt hissəsi qara rəngdədir.

Yaşadığı yerlər

Dağlıq və təpəlik bölgələrdə nəmli meşə və ağaclıqlarda yaşayır. Buralarda yarpaqların altında, ağacaların köklərində, daşlarda, oyuqlarda gizlənir. Əsasən gecə heyvanlarıdır. Gizləndikləri yerlər sudan uzaq olmur. Yağışlı havalarda gündüzlər də görünür. Dəniz səviyyəsindən 300–2000 m yüksəklikdə yaşayır.

Qidalanması

Gecələri ova çıxan canlı olub əsasən soxulcanlarla və yumşaq cücülərlə qidalanır.

Çoxalması

Dişi fərd 20-40 və ya daha çox sürfə qoyur. Bu sürfələr daha sonra metamarfoz keçirib ana canlıya çevriləcəklərdir.

Qalereya

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ləkəli salamandra: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ləkəli salamandra — salamandralar fəsiləsinə aid olan bir salamandra növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ