dcsimg
Image of Poseidonemertes

Enopla

Yaraqlı nemerttinlər ( Azerbaijani )

provided by wikipedia AZ

Yaraqlı nemertinlər (lat. Enopla)-Nemertinlər tipinin Nemertinlər sinfinə aid olan yarımsinif.

Xarici quruluşu

Bu yarımsinfə aid olan nemertinlərdə xortum bir və ya bir neçə stiletlə yaraqlanmışdır. Ağız dəliyi bədənin ön ucunda yerləşir (terminal). Sinir sistemi dəri-əzələ kisəsinin altına keçmiş və parenximada yerləşir. Bu yarımsinfin nümayəndələri ölçülərinin kiçikliyi ilə xarakterizə olunur. Bu qurdların uzunluğu 10-12 sm olub, adətən sahil boyu zonalarında daşların altında yaşayır. Bu yarımsinfə yeganə olaraq şirin suda yaşayan Stichostemma cinsi də daxildir.[1]

Yayılması

Bunların bir sıra nümayəndələrinə AvropanınŞimali Amerikanın çay və göllərində təsadüf edilir. Avropanın bütün atlantik sahili boyu, onun şimal sərhəddindən Aralıq dənizinə qədər təsadüf edilən qumda yuvalar düzəldir.

Həyat tərzi

Enopla-ya pelagik və parazit nemertin növləri daxildir. Aşağıdakı növləri var: Nectonemertes, Pelagonemertes (pelagik), Malacobdella (parazit)

Təsnifatı

Nectonemertes

Pelagonemertes

Malacobdella

Ədəbiyyat

  • V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.

Həmçinin bax

Nemertinlər

Yaraqsız nemertinlər

Xarici keçidlər

İstinadlar

  1. V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yaraqlı nemerttinlər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Yaraqlı nemertinlər (lat. Enopla)-Nemertinlər tipinin Nemertinlər sinfinə aid olan yarımsinif.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ