dcsimg

Sezar amanitası ( Azerbaijani )

provided by wikipedia AZ

Sezar amanitası (Elmi adı - Amanita caesarea) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[1]

Qısa morfoloji təsviri

Meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari, ağ örtüyə malikdir. Yetişdikdə yuxarı hissədə partlayır və papaqcıq xaricə çıxaraq böyüyür. Papaqcıq 10-15 sm diametrindədir, sıx, lətlidir, yarımdairəvi, sonradan bir qədər qabarıq, alov və ya çəhrayımtıl-qırmızı rənglidir, səthində tez qopan ağ, iri ziyilləri vardır, kənarları zolaqlıdır. Lövhələri sıx, oxralı sarı, quruyanda solğunlaşandır. Ayaqcıq 8-15 x 1.5-2 sm, oxralı-sarı, silindirik, əsası şişkindir, volva ağ, torbaya bənzərdir, ağ rəngli, sərbəst, kənarı dilimlidir. Ayaqcıqda olan halqa enli, sallanmış, üstü hamar, altı zolaqlı, sarımtıldır. Yeməlidir. [2] [3][4][1]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Simbiotrofdur, Quercus və Carpinus cinslərinin növləri ilə mikoriza əmələ gətirir. Oktyabr –noyabr aylarında palıd-vələsli meşələrdə rast gəlinir. [2] [3][1][4]

Yayılması

Hirkan meşələrində, Lənkəran, Astara ərazisidir. [4][5][1]

Sayı və tendensiyası

Populyasiyasıyanın sayı azdır. [5][1][4]

Məhdudlaşdırıcı amillər

İqlim şəraitinə və torpağınkimyəvi tərkibinə yüksək seçici tələbkarlıqdır. [5][1][4]

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Populyasiyanın vəziyyəti nəzarət altında saxlanmalıdır. Göbələyin biologiyası və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur. [5][1][4]

İstinadlar

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 http://redbook.az/
  2. 2,0 2,1 Васильков Б.П. 1955;
  3. 3,0 3,1 Ağayeva D.N., Sadıqov A.S., 2009;
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  5. 5,0 5,1 5,2 5,3 . Tərtibçilərin məlumatları.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Sezar amanitası: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Sezar amanitası (Elmi adı - Amanita caesarea) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ