Yaponiyada,Koreyada,Uzaq şərqdə,Saxalində və Kuril adalarında yayılmışdır.
Hündürlüyü 1,5-12 m-dək,düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu,budaqlı və gövdəli kiçik ağacdır.Yarpaqları növbəli,tökülən,iri,uzunluğu 1 m-dək,mürəkkəb,lələkvari,birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir.Çətirləri çoxsaylıdır,iri,mürəkkəb,süpürgəvari çiçək qruplarına,bəzən şaxələnmiş salxıma yığılmışdır.İyuı-avqustda çiçəkləyir.Çiçəkləri xırda,ikicinsli və erkəkcikləri,inkişaf etməmiş yumurtalıqlı,əsasən beşhissəli,bəzən 4 və ya 6 hissəlidir.Kasacığı xırda dişlidir.Erkəkcikləri uzunsov tozluqludur:sütuncuğun altı hamst və ya zəif qabarıqdır;yumurtalığı iki-altı yuvalıdır.Meyvəsi göy-qara,giləmeyvəli,beş çəyirdəkli,diametri 3-5 mm-dir.Sentyabr-oktyabrda meyvəsi yetişir.Meyvəsi tünd-bənövşəyi,giləmeyvəsəkilli,şarşəkilli,beş,bəzən altı hissəli,ətli ekzokarpdır.Toxumları hamar endospermlidir.Toxumlarla və zoğları ilə çoxalır.
Meşələrdə,daşlı-qayalı yerlərdə dəniz səviyyəsindən 2700 m-dən hündürlükdə bitir.
Mərdəkan dendrarisində 1992-ci ildə introduksiya edilmişdir.
Tərkibində müxtəlif toksik qlikozidlər və alkaloidlər vardır.İri yarpaqları,enli çiçək qrupları ilə çox gözəldir və landşafta özünəməxsus ekzotik görünüş verir.Araliyanın yarpaqları,qabığı və kökləri (Rasix Araliae) dərman xammalıdır.