Böyük fındıq və ya İri fındıq (lat. Corylus maxima) — tozağacı – Betulaceae fəsiləsindən olub, Azərbaycanın meşəliklərində geniş yayılmışdır. Tərkibində 70 % piyli yağ, 9, 6 % şəkər, dəmir duzu, B1 vitamini, qabığında isə boyayıcı və aşı maddələri vardır. Fındıq ləpəsindən sidik yolunda daş əmələ gəldikdə ağrıkəsici vasitə kimi istifadə olunur. Revmatizm xəstəliyinin müalicəsində, həmçinin orqanizm qüvvətdən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır.
Omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq bborla zəngin olduğundan sümükləri gücləndirir.[1]
Böyük fındıq və ya İri fındıq (lat. Corylus maxima) — tozağacı – Betulaceae fəsiləsindən olub, Azərbaycanın meşəliklərində geniş yayılmışdır. Tərkibində 70 % piyli yağ, 9, 6 % şəkər, dəmir duzu, B1 vitamini, qabığında isə boyayıcı və aşı maddələri vardır. Fındıq ləpəsindən sidik yolunda daş əmələ gəldikdə ağrıkəsici vasitə kimi istifadə olunur. Revmatizm xəstəliyinin müalicəsində, həmçinin orqanizm qüvvətdən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır.
Omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq bborla zəngin olduğundan sümükləri gücləndirir.