dcsimg

Marşal südləyəni ( Azerbaijani )

provided by wikipedia AZ

Marşal südləyəni - (lat. Euphorbia marschalliana Boiss.) Südləyənkimilər – (Euphorbiaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri

Çılpaq, göyümtül, çoxillik ot bitkisidir. Gövdələri çox sayda, qalxan, bəsit sıxyarpaqlı, 15-40 sm hündürlükdədir. Gövdə yarpaqları oturaq, ətli, uzunsov-kürəkvari və ya rombvari, tərs –yumurtavari, qaidədə pazvari, sivriləşmiş və ya iti uclu, kənarları qabırğavarı dişlidir, 10-25 mm uzunluğundadır. Sarğı yarpaqları dairəvi və ya tərs yumurtavari, 8-15 mm uzunluğunda, qısa iti uclu, sarğı yarpaqcıqları 2, dairəvi, rombvari və ya üçbucaq –böyrəkşəkilli, qaidədə zəif ürəkvari, xırda dişlidir. Qədəhcik zəngçiçəyi quruluşunda, 3-3,5 mm diametrində, ağzı iridir. Qutucuq yumurtavari-üçtilli, 5-6 mm uzunluğunda, hamardır. Toxumları uzunsov, ağ, hamar, iri konusvari-yumurtaşəkilli, iti çıxıntılıdır. [3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə dövrü may, meyvə əmələ gətirmə iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Kserofitdir. Orta dağ qurşağının quru, daşlı-çınqıllı yamaclarında, Astragalus hohenackeri + Acantholimon hohenackeriPimpinella aureum + Bilacunaria microcarpa + Satureja spicigera assosiasiyalarınının tərkibində rast gəlinir. Dərman bitkisidir.[3][4]

Yayılması

Diabar (Lerik rayonu – Kələvəz kəndi, Qayalıq ərazi, Zərinqala, kosmolayan, Şonaçola kəndləri, Kosmalyan-Kəlvəz -Görtəpə-Mistan-Digov dağları, Cəngəmiran kəndi ilə Pirzəkücə arası, Pirəsora kəndi); Naxçıvan düzənliyi (BabəkŞərur rayonu).[3][5]

Sayı və tendensiyası

Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.[6]

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanma).

Mühafizə tədbirləri

Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi təklif olunur.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  2. http://redbook.az/?options=project&id=Mar%C5%9Fal%20s%C3%BCdd%C3%BCy%C9%99ni
  3. 3,0 3,1 3,2 Флора Азербайджана, 1955
  4. Растительные ресурсы СССР, 1986; Мехтиева Н.П., 2006
  5. Talıbov T.H., İbrahimov Ə.Ş.
  6. Гаджиев В., Мусаев С., 1996
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Marşal südləyəni: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Marşal südləyəni - (lat. Euphorbia marschalliana Boiss.) Südləyənkimilər – (Euphorbiaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Euphorbia marschalliana ( Vietnamese )

provided by wikipedia VI

Euphorbia marschalliana là một loài thực vật có hoa trong họ Đại kích. Loài này được Boiss. mô tả khoa học đầu tiên năm 1846.[1]

Chú thích

  1. ^ The Plant List (2010). Euphorbia marschalliana. Truy cập ngày 3 tháng 6 năm 2013.

Tham khảo


Hình tượng sơ khai Bài viết về tông Đại kích này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.
license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI

Euphorbia marschalliana: Brief Summary ( Vietnamese )

provided by wikipedia VI

Euphorbia marschalliana là một loài thực vật có hoa trong họ Đại kích. Loài này được Boiss. mô tả khoa học đầu tiên năm 1846.

license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI