dcsimg
Image of Bentham cypress
Creatures » » Plants » » Gymnosperms » » Cypress Family »

Cedar Of Goa

Cupressus lusitanica Mill.

Luzitaniya sərvi ( Azerbaijani )

provided by wikipedia AZ

Vətəni Meksikanın dağlıq bölgələridir, burada 300 ilə kimi yaşayır. Hündürlüyü 30 m-ə çatan, piramidal-konusvarı çətirə malik ağacdır. Gövdəsi düz, qabığı qəhvəyi-qırmızımtıl rəngdə olub, pulcuqlar şəklində qopur. Zoğları nazik, göyümtül-yaşıl, uzunsov və sallaqdır. İynəyarpaqları bozumtul-yaşıl xırda, pulcuqvarıdır, uzunluğu 1,5-2 mm-dir, ucları sivriləşmiş və zoğlardan aralı dayanmışdır.

Qozaları çoxsaylı, şarşəkilli, uzunluğu 1,5 sm-dir, rəngləri əvvəlcə mavi-yaşıl olur, sonra isə qonurlaşır, toxumları qanadcıqlıdır. Tezböyüyən, quraqlığı pis keçirən, soyuğa, qaza, tüstüyə davamlı, qüvvətli kök sisteminə malik, torpağa az tələbkar bitkidir. Toxumla çoxaldılan dekorativ ağacdır.

Uzunömürlüdür, mədəni şəraitdə 1600-cü ildən becərilir. Sıra, qrup və tək əkinlərdə gözəl görünür. Hazırda Abşeron da bir çox parklarda əkilir. Bu sərvin iynəyarpaqlarından alınan efir yağından ağrıkəsici və antiseptik xüsusiyyətlərinə görə müalicə işində geniş istifadə edilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Luzitaniya sərvi: Brief Summary ( Azerbaijani )