dcsimg

Zaqafqaziya nazı ( азерски )

добавил wikipedia AZ

Ümumi yayılması:

Qafqaz və Rusiya ərazilərində təbii arealına rast gəlinir.

Azrəbaycanda yayılması:

Mərkəzi və Cənubi Kiçik Qafqazda təbii halda yayılmışdır.

Statusu:

Azərbaycanın nadir bitkisidir.VU D2.

Bitdiyi yer:

Quru dağ yamaclarında rast gəlinir.

Təbii ehtiyatı:

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri:

25-30 sm hündürlüyündə alçaqboylu koldur. Yar-paqları ensiz olub lansetşəkillidir. Yarpaqları 15-20 sm uzunluğunda olub, eni 1,5-3 sm-dir. Zoğlarının üzəri sıx tüklüdür. Çiçəkləri salxımvarı çiçək qrupunda toplanmışdır. Ləçəkləri sarı olub tüklüdür. Bitkinin paxla meyvəsi uzunsov olub ensiz və tüksüzdür.May ayında çiçəkləyir iyul ayının sonlarında meyvə verir

Çoxalması:

Təbiətdə toxum yolu ilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri:

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi:

Azərbaycanda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri:

Qəbul edilmiş qorunma tədbiri yoxdur. Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə olunur.

Məlumat mənbələri:

  • Деревья и кустарники СССР т.4.1958;
  • Azər-baycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

Təbii yayılması:

Cənubi Qаfqаzın şərq və cənubundа, оrtа mеşə qurşаqlаrının, quru və gilli yаmаclаrındа təsаdüf оlunur.

Botaniki təsviri:

Hündürlüyü 50 sm, şаxəli, yаrpаqlаrı sıx tükcüklə, ucu iti, nеştərvаri olan örtülü kоldur. Budаqlаrı çılpаq, sеyrək tükcüklü, çоx hаldа tikаnlıdır. Kiçik yаrpаqlаrı növbəli, qаrşılıqlı və qönçəvаridir. Yаrpаqlаrı sаdə, bəzi növlərdə üç bölümlüdür. Çiçəkləri qısа sаplаqlı, sаlxımvаri çiçək qrupundа tоplаnmışdır. Ləçəkləri sаrıdır. Pаxlаsı uzunsоv və еnsizdir. Mаy аyındа çiçəkləyir, mеyvələri аvqustdа yеtişir. Tоxumlа çоxаldılır.

Еkоlоgiyаsı:

Bu bitkiyə dаğ qurşаqlаrının quru və gilli yаmаclаrındа təsаdüf оlunur.

Аzərbаycаndа yаyılmаsı:

Kiçik Qаfqаzın mərkəzi və cənub hissəsindi yаyılmışdır.

İstifаdəsi:

Quru sаhələrin yаşıllаşdırılmаsındа geniş istifadə olunur.

Mənbə

http://dendrologiya.az/?page_id=112 Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Genista transcaucasica ( виетнамски )

добавил wikipedia VI

Genista transcaucasica là một loài thực vật có hoa trong họ Đậu. Loài này được Schischkin miêu tả khoa học đầu tiên.[1]

Chú thích

  1. ^ The Plant List (2010). Genista transcaucasica. Truy cập ngày 5 tháng 6 năm 2013.

Liên kết ngoài


Hình tượng sơ khai Bài viết liên quan đến tông đậu Genisteae này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.


лиценца
cc-by-sa-3.0
авторски права
Wikipedia tác giả và biên tập viên
изворно
посети извор
соработничко мреж. место
wikipedia VI

Genista transcaucasica: Brief Summary ( виетнамски )

добавил wikipedia VI

Genista transcaucasica là một loài thực vật có hoa trong họ Đậu. Loài này được Schischkin miêu tả khoa học đầu tiên.

лиценца
cc-by-sa-3.0
авторски права
Wikipedia tác giả và biên tập viên
изворно
посети извор
соработничко мреж. место
wikipedia VI