Karyagin yemliyi - (lat. Tragopogon karjaginii Kuth.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Az öyrənilənlər" kateqoriyasına aiddir – EN B1ab(v). Azərbaycanın nadir, endemik növüdür.[1]
Regional IUCN Statusu: EN B1ab (v)[2]
Çoxillik ot bitkisidir, 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar gövdə yarpaqlarından uzundur. Gövdə yarpaqları əsaslarında enlənir, təpəcikdə isə uzun, nazik, sivriləşir. Çiçəkverənlər səbətaltında qalınlaşmış, oyuq formasında olur. Səbətləri iri olur. Örtüyün yarpaqcıqları 8 sayda, zəncirotu toxumcasından qısadır. Kənar toxumccları buruncuğa çatanda kəskin ensizləşir, dərin əyilmiş, novşəkilli formada olur. İç toxumcalar bozarmış, dayaz novşəkilli, daha düz və az pulcuqlu ya da nisbətən hamar (xüsusən toxumcaların aşağı hissəsində) olur. Buruncuq toxumcadan nisbətən uzun və ya onunla bərabər, təpəcikdə, zəncirotunun altında tiftiklənmiş; zəncirotu butuncuqlu toxumcadan qısa, boz-bulanıq qızılı rənglidir.[1][3]
Çiçəklənmə və meyvəgətirmə dövrü iyun –iyul aylarına təsadüf edir. Toxumla çoxalır. Quraqlığa davamlı, işıqsevəndir, aşağı dağ qurşağında çınqıllı, daşlı yerlərdə rast gəlinir.[4][2]
Bozqır yaylası, Kür-Araz ovalığı, Kiçik Qafqazın cənub hissəsidir. (Cəbrayıl rayonu)
Populyasiyanın ehtiyatı azdır.
Antropogen təsir (otarılma, tapdalanma) və səhralaşma.
Mühafizəsi üçün hal-hazırda xüsusi tədbirlər aparılmır. Yayıldığı yerin tam mühafizəsi, növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar edilməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.
Karyagin yemliyi - (lat. Tragopogon karjaginii Kuth.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Az öyrənilənlər" kateqoriyasına aiddir – EN B1ab(v). Azərbaycanın nadir, endemik növüdür.
Regional IUCN Statusu: EN B1ab (v)
Tragopogon karjaginii là một loài thực vật có hoa trong họ Cúc. Loài này được Kuth. miêu tả khoa học đầu tiên năm 1957.[1]
Tragopogon karjaginii là một loài thực vật có hoa trong họ Cúc. Loài này được Kuth. miêu tả khoa học đầu tiên năm 1957.