dcsimg

Meşə alması ( الأذرية )

المقدمة من wikipedia AZ

Malus sylvestris (lat. Malus sylvestris) - gülçiçəyikimilər fəsiləsinin alma ağacı cinsinə aid bitki növü.

Təbii yayılması

Rusiyanın Avropa hissəsində və Qafqaz meşələrində geniş yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 15 m-ə çatan ağac və ya kol bitkisidir. Yarpaqları iri, enli ellipsvari, uzunluğu 10 sm, ayanın üst səthi tünd-yaşıl, hamar, alt səthi açıqdır. Saplağın uzunluğu 5 sm-dir. Çiçəkləri ağ və ya çəhrayı, ətirli, diametri 4 sm olmaqla çətirşəkilli salxımlara yığılmışdır. Meyvələrinin diametri 3 sm, yaşılımtıl-sarı, turşdur.

Ekologiyası

Soyuğa, quraqlığa davamlı bitkidir.

Azərbaycanda yayılması

İsmayıllıda, Qubada, Qəbələdə, Zaqatala, Balakəndə həyatyanı sahələrdə geniş istifadə olunur.

İstifadəsi

Yarpaqlarının qurluşuna, çiçəklərinin rənginə görə bir-birindən fərqlənən müxtəlif dekorativ formaları vardır: sallaq budaqlı, meyvələri toxumsuz, yeməli; çoxləçəkli (f.plena) çoxsaylı, çoxləçəkli çiçəkli; qızılı (f. aurea) – sarı-alabəzək yarpaqlı; qırmızı meyvəli (f.purpurea) – effektli tünd qırmızı meyvəli; cənnət (f.paradisiaca) – cırtdan formaları olur. Mədəni şəraitdə tək və qrup əkinlərində, canlı hasarların salınmasında istifadə edilir. Bəzi sortları peyvənd kimi tətbiq edilir.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Meşə alması: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Malus sylvestris (lat. Malus sylvestris) - gülçiçəyikimilər fəsiləsinin alma ağacı cinsinə aid bitki növü.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ