dcsimg

Həmişəyaşıl başınağacı ( الأذرية )

المقدمة من wikipedia AZ
 src=
Viburnum tinus

Həmişəyaşıl başınağacı (lat. Viburnum tinus) - adokskimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü

Təbii yayılması

Təbii halda Aralıq dənizyanı ölkələrində bitir.

Botaniki təsviri

Hündürlüyü 4 m-ə çatan həmişəyaşıl koldur.Cavan zoğları çılpaq və ya tükcüklü,illik zoğları qonurdur.Yarpaqları dərili,ellipsvari (12 x5,5 sm), kənarları bütöv,üstü parlaq yaşıl,alt tərərfi açıq rəngli,damarcıqları tükcüklüdür.Çiçəkləri çəhrayı- ağ,ətirlidir,çətirvari süpürgələrdə toplanmışdır,diametri 10 sm-dir.Yazın sonunda çiçəkləyir.Meyvəsi şirəli,bir çəyirdəklidir,qara-göy,şarşəkilli və ya yumurtavaridir.Meyvəsi payızda yetişir.Toxumla,əsasən payızda çoxalır.Adi başınağacı və məğrur başınağacına yaxşı calaq edilir.

Ekologiyası

Torpağa az tələbkar,quraqlığa davamlı,isti və işıqsevən bitkidir.Şəhərin tozlu və qazlı havasına dözümlüdür.

Azərbaycanda yayılması

Respublikanın bir çox rayonlarında- Zaqatala,Balakən,şəkidə rast gəlinir.

İstifadəsi

Tək və qrup əkinlərində,canlı çəpərlərin tərtibatında istifadə edilir.Bir neçə dekorativ forması vardır.

Məlumat mənbəsi

Xarici keçidlər

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Həmişəyaşıl başınağacı: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ
 src= Viburnum tinus

Həmişəyaşıl başınağacı (lat. Viburnum tinus) - adokskimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ