Adi albalı (lat. Cerasus vulgaris)[1] - albalı cinsinə aid bitki növü.[2]
Adi albalının çoxlu növü və sortları Azərbaycanda geniş becərilir. Meyvəsinin tərkibində 14 %-ə qədər şəkər, 2,5 %-ə qədər üzvi turşular (alma, limon və s.), aşı maddəli, pektin, zülal və mineral maddələr vardır. Adi albalının sortundan asılı olaraq o, iyun ayından başlayaraq avqustun axırına qədər yetişmə dövrü keçirir. Bu dövrdə meyvələrini toplayıb, həm təzə dərilmiş halda, həm də kampot, mürəbbə, şirə hazırlayıb istifadə edilir. Adi albalı və ondan hazırlanan mürəbbə böyrək və sidik yolları xəstəliklərində, xüsusən sidik yollarında daş bağlayan zaman çox faydalıdır. Həmçinin o, xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzmetmə prosesini yaxşılaşdırır, orqanizmdə gedən maddələr mübadiləsini tənzim edir və iştahanı artırır.
İstilərlə birlikdə bədəndə olan tərləmə ilə yüksək nisbətdə maye və mineral itkisi meydana gəldiyini ifadə edən mütəxəssislər, bu itkini balanslaşdırmaq üçün bol miqdarda maye istehlak edilməsini təklif edir. Tərkibində olan A, E və C vitaminləri ilə yanaşı bol miqdarda antioksidan maddə olan adi albalı suyunun xüsusilə yaz dövründə hər kəs tərəfindən istehlak edilməsi lazım olduğu ifadə edilir.
Adi albalı suyu bədənin müqavimətini artırdığını yazan ekspertlər, kalium, kalsium və fosfor səbəbiylə də xüsusilə qızdırma kimi xəstəliklərə qarşı bir qalxan meydana gətirdiyinə diqqət çəkir.
Adi albalı suyunun antioksidan xüsusiyyətləriylə diqqət çəkən üzüm suyu məhsulları və tünd şokolad kimi bilinən məhsulları geridə buraxdığı söylənilir. Təyin olunan ən yüksək antioksidan xüsusiyyətə sahib 50 qida arasında 14 cü sırada iştirak edən adi albalı suyunun istehlakının, yaz aylarında düşən müqaviməti artırmaq üçün də əhəmiyyətli olduğunu vurğulanır.
Adi albalı suyunun ayrıca, müxtəlif mikrob və toksinlərə qarşı bədəni qoruyucu təsirə sahibdir. Adi albalı meyvəsi, şiş atılmasının, mədə və qaraciyərin nizamlı işini də təmin edir.
Adi albalının sol illərdə şirəsi şəkər xəstəliyinin ilk dövründə şəfaverici dərman kimi işlədəlir.
Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır.
Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yеrləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, еni 3-5 sm-dir. Yarpaq ayası еllipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprеl-may aylarında çiçəkləyir, mеyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmеyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yеtişir.
Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır.
Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR təbii halda, Abşеronda isə həyatyanı sahələrdə rast gəlinir.
Yarpaq və mеyvədə taninlər, üzvi turşular, saхaroza, boyayıcı maddələr, еfir yağı, qlikozidlər, limon turşusu var. Mеyvələri yеyilir, həmçinin soyuqdəyməyədə, iştahanı artıran vasitə kimi istifadə olunur.
Adi albalı (lat. Cerasus vulgaris) - albalı cinsinə aid bitki növü.