dcsimg

Çin püstəsi ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Çin püstəsi

Təbii yayılması

Aralıq dənizyanı ölkələrində,Kanar adalarında,Mərakeş və İspaniyadan Türkiyə,Suriya və İsrailə qədər geniş yayılmışdır.

Botaniki təsviri

İkievli bitkidir.5 m hündürlüyündə həmişəyaşıl, enli çətirli ağac və ya koldur.Gövdəsinin qabığı tünd rənglidir.Yarpaqları növbəli,cütlələkvaridir.Yaşılımtıl çiçəkləri xırda,sıx salxımşəkilli çiçək qrupuna toplanmışdır.Meyvələri 4-5 mm uzunluğunda çəyirdəkmeyvədir,ucu itidir.Abşeronda oktyabr-noyabr aylarında çiçəkləyir,meyvələri aprel-may aylarında yetişir.Toxumla çoxaldılır.

Ekologiyası

Şaxtaya davamsızdır,Abşeronun sərt şaxtalarında yerüstü hissəsi məhv olur,aprel-may aylarında yenidən bərpa olunur.

Azərbaycanda yayılması

Mərdəkan dendrarisində 2009-cu ildə introduksiya olunmuşdur.Abşeronda mədəni şəraitdə becərilir.

İstifadəsi

Abşeronda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə edilir.Erkək ağacdan qatran alınır.Mastikada 90%-dək rezin,qətran turşuları və 1-3% efir yağı vardır.Efir yağında pinen vardır ki,ondan diş plomblarının hazırlanmasında və yara sağaldan vasitə kimi həlimindən istifadə edilir.

Mənbə

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Çin püstəsi: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Çin püstəsi

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ