dcsimg

Adi dağtərxunu ( Azerice )

wikipedia AZ tarafından sağlandı
Tanacetum vulgare - harilik soolikarohi Keilas1.jpg

Adi dağtərxunu (lat. Chrysanthemum vulgare)[1] - mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü.[2]

Botaniki özəllikləri

Dağtərxunu çoxillik ot bitkisidir. Avroasiya tipli areala malikdir. İyunun axırından başlayaraq sentyabra qədər çiçəkləyən bu bitki Arktikadan başqa bütün Rusiya torpaqlarında bitir. Rusiyada 27 növü mövcuddur. Əslində isə dağtərxununun vətəni Almaniyadır. Rusiyaya isə o Polşa torpaqlarından gətirilib, sözün polyak dilində mənası “muskus”dur. Dağtərxunu Rusiya və Ukraynada tədarük olunur. Digər növləri Azərbaycanda da var. Hündürlüyü 100-150 sm olan bu bitki çay kənarında, çəmənlərdə, yolların qırağında, qayalıqda, yaşayış sahələrində bitir.

Dağtərxunu düzqalxan, çoxsaylı, səthi azacıq tüklü və ya çılpaq gövdəli bitkidi. Uzunsov yumurta şəkilli, ikiqat lələkvari yayılmiş yarpaqlara malikdi. Ən aşağıda yerləşən yarpaqları saplaqlı, yerdə qalanı isə oturaq və sərtdir. Parlaq sarı rəngli çiçəkləri gövdənin sonunda qalxanvari çiçək qrupunda toplanmışdır. Onun yarpaqları və hamaşçiçəyi kiçik ölçüdə “ləkəni” xatırlatdığı üçün ona el arasında “vəhşi ləkə” də deyilir. Bitkinin hamaşçiçəyi zəhərlidir. Dağtərxununu ovxaladıqda bitkidən özunəməxsus xəfif ədviyyat ətri gəlir. Bu əslində onun tərkibindəki borneolun, kamforanın qoxusudu. Dağtərxununun səbət çiçəyində 1,5-2 faiz, yarpaqlarında isə 0,2 faizə qədər efir yağı toplanır. Efir yağının əsas komponentləri bitsiklik terpen ketonları olan α- və β-tuyonlardır. Bununla yanaşı bitki flavonoidlərlə, aşı və acı maddələrlə, üzvi turşularla, qətranlarla, vitamin C, A, karotinlərlə zəngindir.

İstifadəsi

Dağtərxunu yerli qızışdırıcı, oyandırıcı, tərqovucu, qurdqovucu, spazmolitik, iltihab əleyhinə, ödqovucu təsirləri vardır. Fransada bitki sırf qurdqovucu vasitə kimi tanınır. Tərkibindəki flavonoidlərə görə bitki ödqovucu, qurdqovucu, efir yağlarına görə isə dağtərxunu yerli qıcıqlandırıcı və mərkəzi sinir sisteminə oyandırıcı təsir göstərir.

Yayda sərinləşdirici içki kimi içdiyimiz kvası dağtərxunu ilə də hazırlamaq olar, bunun üçün 50 qr qurudulmuş dağtərxununun səbət çiçəyini tənzifdə 1 l kvasın içinə salıb 12 saat gözləmək lazımdır. Daha sonra isə tənzifi oradan çıxarıb 10 qr şəkər tozu qatıb 2 saat gözlənir. Daha sonra içkini qəbul etmək olar.

Dağtərxununun bir çox xarici ölkələrdə ədviyyat kimi istifadə olunduğunu bayaq qeyd etmişdik. Bunun üçün 1 stəkan bitkinin tozuna 1 çay qaşığı qırmızı bibər qatıb ətirləndirici kimi ət yeməklərinə, souslara qatmaq olar.

Bitkidən istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Bitki zəhərli olduğundan dozalanmaya diqqət yetirmək lazımdır. Hamilə qadınlara və 2 yaşdan aşağı uşaqlara istifadəsi əks göstərişdir. [3]

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. "Herba Flora" müalicəvi bitkilər və fitoçaylar - Adi dağtərxunu
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Adi dağtərxunu: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı
Tanacetum vulgare - harilik soolikarohi Keilas1.jpg

Adi dağtərxunu (lat. Chrysanthemum vulgare) - mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ