dcsimg

Xəzər xulu ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Xəzər xulu (lat. Neogobius caspius) — xulkimilər fəsiləsinin bir nümayəndəsidir.

Morfoloji əlamətləri

Bədəni uzunsov olub, quyruğa getdikcə çox nazikləşir. Başının hündürlüyü eninə bərabərdir, başı aşağı əyilmiş şəklindədir, aşağı vəziyyətdə olub, qarın tərəfinin səthi səviyyəsində yerləşir. Ön burun dəlikləri üst dodağa yaxındır. Quyruq üzgəcinin qurtaracağı kəsik şəklindədir. Birinci bel üzgəcində uzunsov ləkə olur. Alnının eni gözünün diametrindən azdır. Daldakı burun dəlikləri gözün ön kənarından uzaqda yerləşir.[1]

Yayılması

Xəzər xulu Azərbaycan sahillərinin şimal hissəsində - Yalama, Xudat, Xaçmaz və Siyəzən rayonlarında yayılmışdır. Cənuba doğru getdikcə sayı azalır, Kürətrafı rayonunda tək - tək təsadüf edilir.

Çoxalması

Xəzər xulunun maksimal uzunluğu 34.5 sm çatır[2]. Dişilər 2 ilə qədər, erkəklər isə 3 ilə qədər yaşayır.

Təsərrüfat əhəmiyyəti

Xval xulunun heç bir təsərrüfat əhəmiyyəti yoxdur.

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 140.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 214 s.
  • Berg L.S. 1965. Freshwater fishes of the U.S.S.R. and adjacent countries. vol. 3, 4th ed., Israel Program for Scientific Translations Ltd, Jerusalen, Israel.
  • Eschmeyer W.N., ed. 1998. Catalog of Fishes. Special Publication of the Center for Biodiversity Research and Information, num. 1, vol. 1-3. California Academy of Sciences. San Francisco, California, US. 2905. ISBN 0-940228-47-5.
  • Fenner R.M.: The Conscientious Marine Aquarist. Neptune City, New Jersey, US: T.F.H. Publications, 2001.
  • Helfman G., Collette B., Facey D.: The diversity of fishes. Blackwell Science, Malden, Massachusetts, US, 1997.
  • Hoese, D.F. 1986: Gobiidae. p. 774–807. A M.M. Smith y P.C. Heemstra (eds.) Smiths' sea fishes. Springer-Verlag, Berlin, Germany.
  • Moyle, P., J. Cech.: Fishes: An Introduction to Ichthyology, 4th ed., Upper Saddle River, New Jersey, US: Prentice-Hall. 2000.
  • Nelson, J.: Fishes of the World, 3rd ed. New York, US: John Wiley and Sons. 1994.
  • Wheeler, A.: The World Encyclopedia of Fishes, 2nd ed., London: Macdonald. 1985.

Mənbə

İstinadlar

  1. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 214 s.
  2. Berg, L.S. 1965. Freshwater fishes of the U.S.S.R. and adjacent countries. vol. 3, quarta edició. Israel Program for Scientific Translations Ltd, Jerusalen, Israel.
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Xəzər xulu: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Xəzər xulu (lat. Neogobius caspius) — xulkimilər fəsiləsinin bir nümayəndəsidir.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ