dcsimg

Antarktika pinqvini ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Antarktika pinqvini (lat. Pygoscelis antarctica) — Antarktika pinqvinləri cinsininə daxil olan pinqivin növü.

Areal

Bu növün yayılma arealı Antarktidanın Cənubi Amerikaya yaxın hissəsi, Cənubi Georgiya BuveBalleni adalarıdır. Onlar hətta Folklend adalarına qədər gələ bilirlər. Onlara hətta Antarktikanın sularında üzən aysberqlərin üzərində belə rast gəlinir. Onların ümumi sayı 6,5—7,5 milyon baş olması düşünülür.

Xüsusiyyətləri

Yetkin antarktika pinqvinləri 60—70 sm, çəkiləri isə 4,5 kq[1] təşkil edir. Bel hissəsi və başı boz (demək olar ki qarayaya çalır) olur. Ön hissəsi ağ rəngdədir. Boğaz və qulaq hussəsindən qara zolaq keçir. Pinqivinlər yuvanı təbiət daşları üzərində qurur. Dişi və erkək 35 gün ərzində yumurtaya növbəli şəkildə baxır. Balalar artıq 50-60 günlüyündə dənizə çıxır. Yetkin pinqivinlər dənizin 250 metr dərinliyinə enə bilir. Qida əldə etmək məqsədi ilə yumurta qoyduğu yerdən 1000 km uzağa üzə bilir. Əsasən kril və kiçik balıqlarla qidalanır[2].

Qalereya

Maraqlı fakt

  • 2006-ci ilin iyun-iyul ayları Rio-de-Janeyro sahillərində çoxlu sayda Antarktika pinqivini müşahidə edilmişdir[3]
  • Alimlərin fikirinə görə XXI əsrin sonlarına buzların əriməsi səbəbindən pinüivinlərin 60 % məhv ola bilər[4].

Mənbə

İstinadlar

  1. Life on Antarctica: Birds
  2. Antarktika pinqivini
  3. Antarktika pinqivinləri Rio-de-Janeyro sahillərində görünmüşdür
  4. Projected asymmetric response of Adélie penguins to Antarctic climate change : Scientific Reports
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Antarktika pinqvini: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Antarktika pinqvini (lat. Pygoscelis antarctica) — Antarktika pinqvinləri cinsininə daxil olan pinqivin növü.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ