dcsimg

Kətan ( Azerice )

wikipedia AZ tarafından sağlandı
 src=
Kətan* (lat. Linum pubescens)

Kətan və ya zəyərək (lat. Linum L.)

Əhəmiyyəti

Yağlı kətanın toxumlarında 38-45 % yarımquruyan yağ ( yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin. Yem kimi istifadə olunan püfəsinin (saman) hər kiloqramında 0,27 yem vahidi, 20 qr. həzm olunan protein vardır.İplik kətanın gövdəsində 12-17 % lif vardır. Bu lif keyfiyyətinə görə uzunlifli kətanın lifindən geri qalır. Ondan kobud (qaba) parçaların və yüksək kağız sortlarının alınmasında istifadə edilir.[1]

Tarixi, mənşəyi və yayılması

Kətan bizim eradan 4-5 min il əvvəl Hindistan, Çin, Misir və Zaqafqaziyada məlum olub. Kətan bitkisi asanlıqla yabanı formaya keçir. Bir çox ölkələrdə o cümlədən də cə-nubi Rusiyada özünü yabanı bitki kimi göstərir. Rusiya ərazisinə Asiyadan keçmişdir. Hazırda kətanı Avropanın, Asiyanın və şimali Amerikanın isti yerlərində və Şimali Afri-kada becərilir.Bu hipotezlərin bəzilərində daryarpaq kətanın yabanı halda İran körfəzi dövlət-ləri ərazilərindən başlayaraq Xəzər və Qara dəniz sahillərinə qədər gəlib çıxdı ğı göstərilir. Başqaları isə göstərirlər ki, mədəni kətan ilk dəfə öz başlanğıcını Hindistanın dağlıq ərazisindən götürmüşdür. Burada bizim eradan 9 min il qabaq kətan bitki- sinin becərilməsi haqqında arxeoloji qazıntılar məlumat verir. Bəziləri isə kətanın ilk əkin sahələrinin Yaxın şərq, Qafqaz (Azərbaycan), Avropa və Asiya ölkələri olduğunu qeyd edirlər. Bu yerlərdə aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən kətan qalıqlarına əsaslanaraq alimlər onun Daş dövründə əkildiyini söyləyirlər.

Kətanın becərilməsinə Rusiya ərazisində qədim dövrlərdən başlanılıb. III-V əsrlərdə kətan Rusiyanın Yaroslavl və Kostroma vilayətində becərilib. Artıq X əsrdə Rusiyada kətandan istehsal olunan parça, iplik, lif və yağ yalnız ölkənin öz ehtiyaclarını ödəmək üçün deyil, hətta xarici ölkələrə də satılırdı.Kətanın yer kürəsində əkin sahəsinin 60%-dən çoxu MDB ölkələrində cəmləşmişdir. Rusiya, UkraynaBelarus dövlətlərində əkin sahəsi daha çoxdur. Polşa, Rumıniya, Fransa, Çexiya, Hollandiya və s. ölkələrdə də əkin sahəsi əhəmiyyətli dərəcədədir.

Yer kürəsində əsas liflik kətanın əkin sahəsi 1,5 mln. hektardan çox, yağlıq kətanınkı isə təxminən 1 mln. hektardır. Yağlıq kətanın əkinləri Argentina, ABŞ, Kanada və Hindistanda daha çoxdur. Rusiya ərazisində əkin sahəsi 200 min hektardır.Kətanın lif məhsuldarlığı orta hesabla hektardan 0,4 tondur, lakin potensial imkanı 1,6 və daha çoxdur.“Tarixin atası” hesab edilən Herodot göstərir ki, Kolxididə kətandan hazırlanan parça məmulatları ilə təkcə daxili tələbi ödəmir, onları bir çox Şərq və Qərb dövlətlərinə də ixrac edirdilər.

Herodot qeyd edir ki, Dnepr və Dnestr çayları ətrafında yaşamış qədim skiflər buğda, mərcimək, soğan, sarımsaqla yanaşı, kətan və çətənə də əkərək onlardan əla keyfiyyətli parçalar toxuyarlarmış. Herodotun bu fikirlərini Dnepr çayı sahillərində arxeoloji qazıntılar nəticəsində əldə edilmiş materiallar da təsdiq edir. Müəyyən etmişlər ki, o dövrlərdə indiki Litva xalqları da kətançılıqla geniş surətdə məşğul olmuşlar. Ərəb səyyahı İbn-Faldan 901-ci ildə Volqa və Ural ətrafı ərazilərdə olan zaman kətandan hazırlanmış parçadan tikilmiş paltarda gəzənlərə rast gəlmişdir.[1]

Botaniki təsviri

Kətan bitkisi bitkilər aləminin, çiçəkli bitkilər şöbəsinin, ikiləpəlilər sinfinin, malpigiçiçəklilər sırasının kətankimilər (Linaceae) fəsiləsinin, kətan (Linium L.) cinsinə daxil olan birillik və çoxillik ot tipli bitkidir. Müxtəlif mənbələrə əsasən demək olar ki, kətan cinsinin dünyada 100-dən 200-ə qədər növü məlumdur. Hazırda bunlardan lifinin uzunluğuna, keyfiyyətinə, davamlılığına və toxumlarının yağvermə qabiliyyətinə görə daha məhsuldar olan bir növü elmi əsaslarla müəyyən edib, mədəni hala keçirmişlər. Bu uzunlifli kətan – L. usitalissimum adlandırılmışdır və əksər ölkələrdə geniş surətdə əkilib becərilir. Hazırda onun beşə qədər növmüxtəlifliyi əldə edilmişdir. Bunlardan uzunlifli və yaxud iplik L. elongata; lül – maşın ipliyi və yaxud aralıq təşkil edən L. intermedia, qıvrım və ya yağtəbiətli (yağlı) L. brevimulicaulina, iritoxumlu L. macrospermum və əyilən yarım qışlayan L. prostratanı göstərə bilərik.

Kətançılıq təsərrüfatı lif və yağ almaq məqsədilə inkişaf etdirilir. Liflik məqsədilə uzunlifli kətandan, yağ məqsədləri üçün isə qıvrım və yaxud yağlı kətandan (Linum usitatissimum ssp. humile (Mill.) Czernom.) istifadə edilir[1]

Dərman bitkisi kimi istifadə olunan növləri

  • İşlədici kətan (lat. Linum catharticum L.)
  • Adi kətan və ya lifli kətan (lat. Linum usitatissimum L.)
  • ' (lat. )

Digər növləri

  1. 1,0 1,1 1,2 H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016 səh 51
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Kətan: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı
 src= Kətan* (lat. Linum pubescens)

Kətan və ya zəyərək (lat. Linum L.)

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ