dcsimg
Acca resmi
Life » » Archaeplastida » » Angiosperms » » Mersingiller »

Kaymak Ağacı

Acca sellowiana (Berg) Burret

Feyxoa ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Feyxoa (lat. Feijoa)[2]mərsinkimilər fəsiləsinə aid bitki cinsi.[3]

Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır.[4]

Növləri

Azərbaycanın dərman bitkiləri

Sellov feyxoası (Feijoa sellowiana Berg)

Əhəmiyyəti

Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır.

Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır.[5]

Qalereya

Təbii yayılması

Qərbi Paraqvay, Cənubi Braziliya və Argentinada təbii halda bitir. Krım, Soçi və Batumidə geniş sahələrdə əkilib becərilir.

Botaniki təsviri

Hündürlüyü 6 m olan, həmişəyaşıl, alçaq gövdəli ağac və ya koldur. Budaqları bozumtul-sarı qabıqlıdır. Yarpaqların uzunluğu 4-6 sm olub, üzbəüz düzülüşlü, sadə quruluşlu, səthi qalın-dərivari, formaca ellipsvaridir. Üstdən tünd yaşıl, parlaq, altdan gümüşü-bozumtul tükcüklüdür. Çiçəkləri birevli, iri və tək-tək yerləşir. Uzun saplaqlı, ləçəkləri 4 olub, çəhrayı rəngli və ətirlidir. Kasacığı meyvənin üzərində qalır və tükcüklüdür. Erkəkciyi çoxsaylı, tozcuğu kürəvaridir. Yumurtalığı 4 yuvalı, sütuncuğu yoğunlaşmış və ya saçaqlı ağızcıqlıdır. İyun ayında çiçəkləyir. Meyvəsinin uzunluğu 8 sm-ə çatan, uzunsov ovalvari, turşməzə tamlı, şirəli, xırda toxumlu giləmeyvədir. Oktyabr-noyabr aylarında yetişir.

Ekologiyası

Rütubətli, zəngin torpaqlarda bitir. İstisevəndir, işıqlı, günəşli ərazilərdə yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

Astara və Lənkəranda geniş sahədə feyxoa bağları vardır. Tək-tək nüsxələrinə Bakı, Gəncə, Göyçay, Balakəndə və s. bölgələrdə təsadüf edilir.

İstifadəsi

Meyvəsindən yeyinti sənayesində geniş istifadə olunur.

İstinadlar

  1. "Acca sellowiana (O. Berg) Burret". Germplasm Resources Information Network. United States Department of Agriculture. 2009-10-13. İstifadə tarixi: 2010-08-24.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  4. "feijoa". Merriam-Webster, Incorporated. İstifadə tarixi: 29 oktyabr, 2013. Check date values in: |accessdate= (kömək)
  5. Faydalan və sağlam

Ədəbiyyat

  • Флора Азербайджана. т.5. 1954;
  • Флора Кавказа. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

Xarici keçidlər

Həmçinin bax

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Feyxoa: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Feyxoa (lat. Feijoa) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.

Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ