dcsimg
Rosa pulverulenta M. Bieb. resmi
Life » » Archaeplastida » » Angiosperms » » Rosaceae »

Rosa pulverulenta M. Bieb.

Azərbaycan ağgülü ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Azərbaycan ağgülü (lat. Rosa azerbaidshanica) - Azərbaycanın qızılgül endemik növü, orta dağlıq qurşağın daşlı, çınqıllı yamaclarında bitir. Kəlbəcər rayonunda rast gəlinir.

Dahlia redoute.JPG Bitki ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Qovuqlu itburnu ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Ümumi yayılması:

Qafqazda (Narzan), Rusiyanın Avropa hissəsində, İranda və Kiçik Asiyada təbii areallarına rast gəlinir.

Azərbaycanda yayılması:

Naxçıvan MR və Lənkəran rayonu ərazilərində rast gəlinir.

Statusu:

Azərbaycanın nadir bitkisidir.VU D2.

Bitdiyi yer:

Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə, daşlı-qayalı quru yamaclarda yayılmışdır.

Təbii ehtiyatı:

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri:

Hündürlüyü 50-90 sm-dən çox olmayan, alçaqboy kolcuqdur. Qopartikanı müxtəlifdir. Yarpaqları 3-6 sm uzunluğunda olub, 5-7 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 12–15 mm uzunluqda, 4–5 mm enindədir. Bitkinin çiçəkləri tək-tək, bəzən 2-3 ədəd olur. Çiçəkaltlığı yumurtaşəkillidir. Çiçək saplağı 5–9 mm uzunluqda qısa tüklərlə örtülüdür. Meyvəsi adətən dəyirmi, xırda, 15 mm-ə qədər uzunluqdadır. Meyvəsi yetişəndə tökülməyəndir. İyun-iyul aylarında çiçək açır.

Çoxalması:

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri:

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi:

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri:

Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri:

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi zəruridir.

Məlumat mənbələri:

  • Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildləri. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

İstinadlar

  1. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  2. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Xarici keçidlər

http://dendrary.in-baku.com/?page_id=112

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Saxokiyan itburnu ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Ümumi yayılması:

Qafqazda (Ermənistan, Zəngəzur) və İranda təbii halda yayılmışdır.

Azərbaycanda yayılması:

Naxçıvan MR dağları, Quba, Şamaxı, Qobustan (Təzə Zarat, Qarayataq), Şəki və Dağlıq Qarabağ rayonları ərazilərində rast gəlinir.

Statusu:

Azərbaycanın nadir bitkisidir.VU D2.

Bitdiyi yеr:

Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlı qayalı quru yamaclarda yayılmışdır.

Тəbii ehtiyatı:

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri:

Təbiətdə alçaqboylu, 60-80 sm hündürlüyündə olan koldur. Qоpаrtikanı möhkəm, аdətən, düz bəzən bir qədər оrаqvarı əyilmiş qаidəsi enlidir. Yаrpaqlаrı 5, bəzən 7 ədəd, хırdа, 8–15 mm uzunluqda və 5–8 mm enində, tərs yumurtavarı, seyrək hаllаrdа еllipsvarı, qаidə hissəsi pazvarı daralmış, təpəsi dairəvi, bəzən qısa sivriləşmiş, üst tərəfdən çılpaq və ya seyrək vəzicikli, alt tərəfdən iyli vəziciklərlə örtülü, kənarı vəzicikli mişardişli yаrpаqcıqlаrdan ibarətdir. Yаrpаqаltlığı iri, 12–15 mm uzunluqdadır. Меyvəsi iri ovalşəkilli və yа enli ovalşəkilli qırmızıdır. İyul аyındа çiçək açır

Çoxalması:

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyyatının dəyişilməsi səbəbləri:

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilmə:

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri:

Xüsusi tədbirlər tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri:

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi zəruridir.

Məlumat mənbələri:

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

İstinadlar

  1. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  2. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Xarici keçidlər

http://dendrary.in-baku.com/?page_id=112

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Sjunik itburnu ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Ümumi yayılması:

Ermənistanda (Gorus) təbii arealı vardır.

Azərbaycanda yayılması:

İsmayıllı rayonunun Şəkəm yaylağı ərazisində rast gəlinir.

Statusu:

Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.

Bitdiyi yer:

Orta dağ qurşaqlarında, dağ çəmənlərində, kolluqlarda yayılmışdır.

Təbii ehtiyatı:

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri:

Hündürlüyü 1-1,2 m-ə qədər olan qırmızımtıl qa-bıqlı koldur. Qopartikan 3 cürdür. İri oraqvarı əyilmiş, qaidəsi enliləşmiş xırda iynəvarı formada və bir qədər iri, demək olar ki, düz formada olur. Çiçəkləri 2 sm-ə qədər uzunluqda olub, vəzicikli qıllıdır. Kasayarpaqcıqları üstdən yumşaq, alt tərəfdən isə vəzili tüklərlə örtülü olub, meyvə qızarana qədər tökülmür. Ləçəkləri ağ və ya açıq çəhrayı rəngli, 1,5 sm-ə qədər uzunluqda olub, kasa yarpaqcıqlarına bərabərdir. Meyvəsi xırda, girdə və ya enli ovalşəkillidir. İyun ayında çiçəkləyir.

Çoxalması:

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri:

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi:

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri:

Xü¬susi mühafizə tədbirləri tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri:

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi zəruridir.

Məlumat mənbələri:

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı Kitabı”. 1989;
  • Красная Книга СССР. 1984;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildləri. 2005; 2006; 2008.

İstinadlar

  1. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  2. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Xarici keçidlər

http://dendrary.in-baku.com/?page_id=112

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Rosa azerbaidshanica ( İngilizce )

wikipedia EN tarafından sağlandı

Rosa azerbaidshanica is an endemic species of rose, found only in Kalbajar Rayon of Azerbaijan.[2]

References

  1. ^ "Threatened Trees of the Caucasus" (PDF). Global Trees. Archived from the original (PDF) on 2009-10-10. Retrieved 2010-01-24.
  2. ^ "Flora and Fauna". Ministry of Culture and Tourism of Azerbaijan. Retrieved 2010-01-24.
lisans
cc-by-sa-3.0
telif hakkı
Wikipedia authors and editors
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia EN

Rosa azerbaidshanica: Brief Summary ( İngilizce )

wikipedia EN tarafından sağlandı

Rosa azerbaidshanica is an endemic species of rose, found only in Kalbajar Rayon of Azerbaijan.

lisans
cc-by-sa-3.0
telif hakkı
Wikipedia authors and editors
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia EN

Rosa sicula ( Fransızca )

wikipedia FR tarafından sağlandı

Rosa sicula, appelé aussi l'églantier nain est une espèce de rosier, appartenant à la section des Caninae, originaire d'Europe et d'Afrique du Nord.

Description

C'est un petit arbrisseau de 20 à 80 cm de haut, drageonnant, aux tiges à aiguillons courts et aux jeunes tiges rouges.

Les feuilles imparipennées comptent de 5 à 9 folioles.

Les fleurs, roses, de 2,5 à 3 cm de diamètre, éclosent l'été.

Elles donnent des fruits, des cynorrhodons ovoïdes, longs de 1,3 cm, de couleur rouge conservent leurs sépales à leur extrémité[1]

Notes et références

  1. Charlotte Testu, Les roses anciennes, Paris, La Maison rustique - Flammarion, 1984 (ISBN 2-7066-0139-6), p. 80.

Voir aussi

lisans
cc-by-sa-3.0
telif hakkı
Auteurs et éditeurs de Wikipedia
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia FR

Rosa sicula: Brief Summary ( Fransızca )

wikipedia FR tarafından sağlandı

Rosa sicula, appelé aussi l'églantier nain est une espèce de rosier, appartenant à la section des Caninae, originaire d'Europe et d'Afrique du Nord.

lisans
cc-by-sa-3.0
telif hakkı
Auteurs et éditeurs de Wikipedia
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia FR

Rosa pulverulenta ( Vietnamca )

wikipedia VI tarafından sağlandı

Rosa pulverulenta là loài thực vật có hoa trong họ Hoa hồng. Loài này được M. Bieb. miêu tả khoa học đầu tiên.[1]

Chú thích

  1. ^ The Plant List (2010). Rosa pulverulenta. Truy cập ngày 11 tháng 6 năm 2013.

Liên kết ngoài


Hình tượng sơ khai Bài viết liên quan đến phân họ Hoa hồng này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.
lisans
cc-by-sa-3.0
telif hakkı
Wikipedia tác giả và biên tập viên
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia VI

Rosa pulverulenta: Brief Summary ( Vietnamca )

wikipedia VI tarafından sağlandı

Rosa pulverulenta là loài thực vật có hoa trong họ Hoa hồng. Loài này được M. Bieb. miêu tả khoa học đầu tiên.

lisans
cc-by-sa-3.0
telif hakkı
Wikipedia tác giả và biên tập viên
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia VI