Matuşkin soğanı - (lat. Allium materculae Bordz.) Soğankimilər – (Alliaceae J. Agardh.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – En B 1ab(i, ii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]
Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya şarvari, 1-2 sm qalınlığında, boz qınla örtülüdür. Gövdə (6)10-20(26) sm hündürlükdə, yoğun, əsası adətən ikiyarpaqlı, uzun qınla örtülüdür. Yarpaqlar göyümtül, xətvari 6 – 20 (30) mm enində, spiralvari bükülmüşdür. Çətir çoxçiçəkli, yarımşarvari, 3-4 mm diametrindədir. Çiçəkyanlığı 5-8 mm uzunluğunda, ulduzşəkilli, yasəmən rənglidir. Erkəkcik sapı qısa, bütöv, neştərvari, bizvaridir. Sütuncuq çiçəkyanlığından qısadır. Qutucuq 2 dəfə çiçəkyanlığından qısadır.[1][2][3][4]
Çiçəkləmə və meyvələmə dövrü aprel-may aylarına təsadüf edir. Soğanaqla, toxumla çoxalır. İşıqsevəndir. Kseromezofitdir.Aşağı və orta dağ qurşaqlarında qumluqlarda, quru, gilli və çınqıllı yamaclarda arst gəlinir. Dekorativ bitkidir.[1][2][5][5][6]
Naxçıvanın dağlıq və düzənlik hissəsi (Şərur, Kəngərli və Ordubad rayonları, Naxçıvan şəhərinin ətarfı).[1][2][4][7][8][9]
Populyasiyalarının təbii bərpası azalır, mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur. Sayı azdır.[1][2][9]
Populyasiyanın növ sayının azlığı, dekorativ və qida xüsusiyyətlərinə görə əhali tərəfindən intensiv toplanılması, otarılma. Tapdalanma və zoogen amillər. [1][2]
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, yayıldığı sahələr xüsusi nəzarətə alınmalı, yeni yayılma yerləri axtarılmalıdır. [1][2]
Matuşkin soğanı - (lat. Allium materculae Bordz.) Soğankimilər – (Alliaceae J. Agardh.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – En B 1ab(i, ii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.