dcsimg
Kırmızı ladin resmi
Life » » Archaeplastida » » Gymnosperms » » Çamgiller »

Kırmızı Ladin

Picea rubens Sarg.

Qırmızı küknar ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Vətəni Şimali Amerika nın şimal-şərqidir. Burada iynəyarpaqlı-enliyarpaqlı məşələrdə, təmiz və ya qarışıq əkinlərdə, bataqlıqlarda və dağlarda bitir. Dağlarda 1000–1800 m-dək qalxır. Avropa da 1875-ci ildən becərilir. Hündürlüyü 20–36 m-ə gövdəsinin diametri 60-135 sm-ə çatan, sıx, konusvarı çətirli alçaqboylu ağacdır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonurdur. Gövdəsi qırmızı-qonur qabıqla örtülmüşdür. Zoğları qırmızı-qonur və ya narıncı, parlaq, hamar, sıx, zərif tükcüklüdür. Tumurcuqların uzunluğu 5 mm-ə çatıb, şabalıdı-qonur, ucu biz-yumurtavarı, bir az qatranlı, üst qabıqları uzunsov, bünövrəsi parlaq qırmızıdır. İynəyarpaqların uzunluğu 10–15 mm, eni 1 mm-ə qədər, parlaq yaşıl, ancaq göyümtül deyil, oraqvarı, yuxarı istiqamətlənmiş, cod iynəli, ucu çox vaxt küt, dördtərəfli, hər iki tərəfdən 1-2 məsaməli xətlidir. Zoğları üstdən çox iynəyarpaqlı, alt tərəfdən isə iynəyarpaqları azdır, sürtüldükdə iynəyarpaqlarından xoş meyvə ətri gəlir. Qozaları qısa zoğlarda tək sallanır, bütövlükdə çoxsaylı, uzunluğu 3-5 sm-ə, qalınlığı 1,5-2 sm-ə çatan, yumurtavarı-oval, qatranlı, əvvəlcə yaşılımtıl-bənövşəyi, sonradan qırmızı-qonur rəng alır. Toxum qabıqlarının uzunluğu 13 mm-ə qədər, yumurtavarı, yumru, qabarıq, cod, zolaqlı, qısa tükcüklü, kənarları bütöv, bəzən zəif, xırda dişli, içəridən tünd-qırmızıdır. Kənar qabıqları çox xırda, uzunsov-yumrudur. Toxumların uzunluğu 3 mm-ə qədər olub, qaramtıl və ya boz-qonur rənglidir. 350-400 (450-500) ilədək yaşayır.

Çox dekorativdir. Tək əkinlərdə istifadəsi məqsədəuyğundur. Yuxarı zoğlarını sıx örtən tünd-yaşıl iynəyarpaqların fonunda çoxsaylı, qırmızı, xırda qozaları və qırmızı-qonur gövdəsi ağaca xüsusi bəzək verir. Abşeron da, Qəbələ də yaşıllaşdırmada rast gəlinir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Qırmızı küknar: Brief Summary ( Azerice )